Seçilmiş Eserleri

Nigar Rəfibəyli

Quotes

See All
Bu gecə evimdə işıqlar söndü. Nə qəmli olurmuş dünya işıqsız, Deyirlər şairin odlu ürəyi Zülmətdə nur saçır, guya işıqsız... Bir kiçik şeir də yarada bilsəm, Şair ilhamına deyib afərin, Gündüzün eşqiylə bircə an gülsəm Dolar ürəyimə nuru göylərin. Ey ilham, ey məni yaşadan qüvvə, Qəlbimdə bir bahar nuru oyandır, Sönsə də evimdə çıraqlar bir an Könlümdə əbədi bir günəş yandır.
Biz heç bir insanı - oğlan olsun, qız olsun, həyatın, dünyanın qapısında: Yetər! Bəsdi! Qayıt! nidalarıyla qarşılamırıq. Biz körpələrimizi qəlbimizin şəfqətiylə, gülüşlərimizin məlahətiylə, əlimizin, beynimizin zəhmətiylə, sinəmizin istisiylə qarşılayırıq
Sayfa 322
Reklam
Dənizin səsi gəlir
Unutmaq istəyirəm xatirələri, Dənizin səsi gəlir... Unutmaq istəyirəm Qəlbimin sınıq məhəbbətini, İztirablı bir eşqin hekayətini. Unutmaq istəyirəm Acı-şirin xatirələri, Dənizin səsi gəlir. Dəniz, sevdalı dəniz, Əfsanələr kimi şirin, xəyali dəniz, Sevmişəm dalğalarında, Günəşində yanmışam. Qumlu sahillərini Yalınayaq gəzib dolanmışam. Məhəbbətim sənə bağlı, dəniz. Sinəsi sinəm kimi Hicran dağlı dəniz. Unutmaq istəyirəm Sahilində şirin yuxular kimi keçən Həzin axşamları, Günəşli səhəri, Unutmaq istəyirəm Yandırıb-yaxan xatirələri, Dənizin səsi gəlir...
Sayfa 57
İNSAN GÜLÜŞÜ
Hər nəğmədən, hər avazdan xoş olur Ürəklərdən qopan insan gülüşü. Qoymayın kəsilsin, sevimli gənclər, Gözəl yurdumuzdan bir an gülüşü. İnsanın gülüşü dünyaya dəyər, Zəhərli, iynəli olmasa əgər; Gəlsin bağçalardan hər axşam-səhər, Ötsün qumru kimi canan gülüşü. Gəncliyə, həyata zinətdir gülüş, Silahdır, qüvvətdir, qüdrətdir gülüş; Xasiyyətdə gözəl cəhətdir gülüş, Yaşadır bu qoca cahan gülüşü. Gülüşü dünyaya dəyənlər də var, Gülüşlə zamanı döyənlər də var. Gülüşü bir dağı əyənlər də var, Yaşatsın bu gözəl dövran gülüşü.
Sayfa 153
DAĞLARI DUMAN ALANDA
Dağları duman alanda, Gözüm yollarda qalanda, Yadıma səni salanda, Gül yanağım solmasınmı? Əsən yeller, əsən yellər Sevgilimdən mənə xəbər. Solanda narın çiçəklər Gözüm yașla dolmasınmı? Bu yerlərdən keçməz oldum, Dost, düşməni seçməz oldum, Eşqimə and içməz oldum, Könlüm xarab olmasınmı?
Sayfa 166Kitabı okudu
Nə şirin, nə gözəl bir röya idi Șirin söhbətlərin, şirin vüsalin Bu bir dostluq idi, ya sevda idi, İlişib könlümdə qaldı xəyalı.
Reklam
Vida
Yuxuda dünyayla vidalaşırdım, Dünya gözəl idi, ayrılmaq çətin. Deyirlər, yaxşıdır qocalıb ölmək, Belədir qanunu kor təbiətin. Dünyadan ayrılmaq çətindir, gülüm, Tez də gəlsə, gec də aparsa ölüm. Həyatın günləri keçsə də acı, Ölümdən istəmir insan əlacı... Yaşamaq – namuslu bir insan kimi İnsana şərəfdir, böyük nemətdir. Ömrün uzunluğu bəs deyil, ömrün Mənalı keçməsi bir səadətdir. Ömrü kitab kimi vərəqləyəndə Nə qədər boş günün, ziyanın olmuş. Nə qədər yaşayıb yaratmısansa Bu ana torpağın, dünyanın olmuş. Boş keçən günlərin ağ vərəqlərdir, Yazmamısan ora bir sətir belə. Çalışaq, dolduraq günlərimizi Həyatın işıqlı nəğmələriylə.
Sayfa 37
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.