Seçilmiş Eserleri

Sabir Rüstemhanlı

Seçilmiş Eserleri Gönderileri

Seçilmiş Eserleri kitaplarını, Seçilmiş Eserleri sözleri ve alıntılarını, Seçilmiş Eserleri yazarlarını, Seçilmiş Eserleri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Xoşbəxt ol" söylədin...
"Xoşbəxt ol!" söylədin, "ayrılaq daha" Bu sözlər qarğışmı, həsrətmi, qəmmi? Sənsiz ömür sürüb xoşbəxt olmağa Dünyaya təzədən gələcəyəmmi? "Xoşbəxt ol!" Səsindir qulaqlarımda... Addım səslərin də belə deyirdi. Sən çıxıb gedirdin, ayağın altda Ürəyim səssizcə inildəyirdi. Son dəfə üzünə qoy baxım ki mən, Göylərdən bir ulduz axacaq indi. "Xoşbəxt ol!" söylədin, dedin ürəkdən, Xoşbəxtlik əlimdən çıxacaq indi! Soyuq ayrılıqdır üstümdən əsən, Baharmı, payızmı-hamısı birdi. "Xoşbəxt ol!" söylədin, məgər bilmirsən Bu sözdə bəxtimi dəfn eləyirdin...
Bu musiqi altında Arasında qollarının Ən böyük arzuma yetərək Ölə bilərdim - qoynunu əvəz edən, məni bu qollar kimi quca bilən üç arşın yer olsaydı.
Reklam
Sirrini gəzirdim ölümsüzlüyün. Bu sənsən, inan!
Yolçu, bu komanın yanında ötmə, Alması göylərdə nağıldı, dinlə! Qoy şehli çəmənə düşsün çəhlimin, Divarlar isinsin hərarətinlə. Bircə baxışından yanacaq ocaq, Hər şey qayıdacaq ilkin rənginə, Güllər açılacaq gül dodağından Bu sənsən, inan... Bir az mürgülüydüm, bir azca yorğun Yüküm bir karvanın yüküydü amma. Hər gün dörd yanımda evlər ucalır, Mənimki quruca hörgüydü amma. O da ki, bir azca yerdən aşağı, Kirəmit gərəkməz, damı torpaqdan... Kimdi "təzə" evə köçməyə qoymur? Bu sənsən, inan.... Mən ki, istəyimin yazındaymışam, Nəymiş dünyamızı qəfil saraldan. Ürək soyuyanda nə fərqi varmış O mərmər sarayın torpaq saraydan. Bağla qapıları, kəs bu yolları, Həbs elə, buraxma məni yanından. Sirrini gəzirdim ölümsüzlüyün. Bu sənsən, inan!
Sənin görüşünə gəlmişəm ancaq...
Gör harda açıldı sözün düyünü, Gör harda alışdı çatdığım ocaq, Bu çətin yollarla, ay ömrüm-günüm, Sənin görüşünə gəlmişəm ancaq... Bəxtimtək açıldı isti qolların, Ən xoş etirafım-dilindəki ah, Adlayıb illəri, yorub yolları Sənin görüşünə gəlmişəm ancaq! Mənə "varım" dedin, "varlığım" dedin, Bu sözlər zirvəmə sancılan bayraq. Xoşbəxt baxışınla sən də söylədin: "Sənin görüşünə gəlmişəm ancaq". Qoy sonu olmasın bu günümüzün, Sevinc qapısını taybatay açaq, Qopmasın ürəyin, dolmasın gözün, Sənin görüşünə gəlmişəm ancaq!.. Getsən də arxanca uçan qanadam, Gəzəcək dalınca bu susmaz soraq, Mənə elə gəlir bu həyata da Sənin görüşünə gəlmişəm ancaq!
Daş olub köksümdən asılıb qəhər, Ruhum səninləsə mən necə sağam?!
Səni əlimdən alan işıqsız bir səhərə...
Çaylar üzü dənizə boy atır, Çiçəklər üzü günəşə. Üzü sənə yaşayıram həmişə. Gecələr yuxuma dolursan, Gündüzlər qorxuma, Mən səni axtarmıram Tale çıxarır qabağıma. Hər şey sənə bağlıdır -
Reklam
21 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.