Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Sabir Rüstemhanlı

Sözler ve Alıntılar

Tümünü Gör
Bu musiqi altında Arasında qollarının Ən böyük arzuma yetərək Ölə bilərdim - qoynunu əvəz edən, məni bu qollar kimi quca bilən üç arşın yer olsaydı.
Sən mənim küllənmiş közümdə qaldın...
Səhərdin - ömrümə günəş doğuldu, Vüsaldın - qurudu qəmim, sovuldu. Nəğməydin - sükutun hökmü yox oldu, Dağ idin - ucaldın düzümdə qaldın! Görüşdük bir çayın qolları kimi, Torpağın həsrəti - bol barı kimi. O uzaq uşaqlıq yolları kimi Daim xəyalımda, gözümdə qaldın. Bulaqsan, üstünə enən cığırdım, Səhrasan, yağıştək sənə yağırdım. Uzaqsan, arxanca mən ha çağırdım Batdın ümid kimi, səsimdə qaldın. Böldü ürəyimi hicran, qanatdı, Buludtək dolmağın vədəsi çatdı. Səadət qurudu, kədər boy atdı. Kədərə qovuşan izimdə qaldın. Yel əsdi, aranı duman bürüdü, Tək qaldım ağrıya sarı yeridim, Mən sənin odunda yanıb əridim, Sən mənim küllənmiş közümdə qaldın.
Reklam
Qovuşa bilmir...
Yağır ömrümüzə taleyin qarı, Bir olsaq ayrıyıq, ayrılsaq birik. Biz ki bu dünyanın bəxtiyarları, Biz ki bu dünyanın bədbəxtləriyik!.. Köksümdən bir sevgi ümmanı keçir, Sən baxsan görməzsən sahillər donub. Ürəyim ən isti sözləri seçir, Dilim pıçıldayır ən soyuğunu. Baxışım döşənir getdiyim yola, Üz-üzə gəlirik, dayanır zaman. Ürəyim səninçin kül ola-ola Söhbət başlayırıq bir ayrısından. Elə bil qor dolur ürək yerinə... Məni qanadında uçurur bu yol. "Sənsiz nə yaxşılıq"? demək yerinə Deyirəm: Yaxşıyam, yaxşıyam, sağ ol!" Ah, sənə sevilmək necə yaraşır, Əllər yadırğayıb yovuşa bilmir. Göydə iki ulduz çoxdan barışıb Yerdə iki insan qovuşa bilmir.
"Xoşbəxt ol" söylədin...
"Xoşbəxt ol!" söylədin, "ayrılaq daha" Bu sözlər qarğışmı, həsrətmi, qəmmi? Sənsiz ömür sürüb xoşbəxt olmağa Dünyaya təzədən gələcəyəmmi? "Xoşbəxt ol!" Səsindir qulaqlarımda... Addım səslərin də belə deyirdi. Sən çıxıb gedirdin, ayağın altda Ürəyim səssizcə inildəyirdi. Son dəfə üzünə qoy baxım ki mən, Göylərdən bir ulduz axacaq indi. "Xoşbəxt ol!" söylədin, dedin ürəkdən, Xoşbəxtlik əlimdən çıxacaq indi! Soyuq ayrılıqdır üstümdən əsən, Baharmı, payızmı-hamısı birdi. "Xoşbəxt ol!" söylədin, məgər bilmirsən Bu sözdə bəxtimi dəfn eləyirdin...
Sən yaşamaq deməksən...
Mehi sən, küləyi sən, Qəmi sən, gülməyi sən, Bu ömrün hər şeyi sən, Getmə, ömrümdən, getmə! Ağacamsa çiçəksən, Süfrəyəmsə çörəksən, Sən yaşamaq deməksən, Getmə, ömrümdən, getmə!
Səni əlimdən alan işıqsız bir səhərə...
Çaylar üzü dənizə boy atır, Çiçəklər üzü günəşə. Üzü sənə yaşayıram həmişə. Gecələr yuxuma dolursan, Gündüzlər qorxuma, Mən səni axtarmıram Tale çıxarır qabağıma. Hər şey sənə bağlıdır -
Reklam
Sənin görüşünə gəlmişəm ancaq...
Gör harda açıldı sözün düyünü, Gör harda alışdı çatdığım ocaq, Bu çətin yollarla, ay ömrüm-günüm, Sənin görüşünə gəlmişəm ancaq... Bəxtimtək açıldı isti qolların, Ən xoş etirafım-dilindəki ah, Adlayıb illəri, yorub yolları Sənin görüşünə gəlmişəm ancaq! Mənə "varım" dedin, "varlığım" dedin, Bu sözlər zirvəmə sancılan bayraq. Xoşbəxt baxışınla sən də söylədin: "Sənin görüşünə gəlmişəm ancaq". Qoy sonu olmasın bu günümüzün, Sevinc qapısını taybatay açaq, Qopmasın ürəyin, dolmasın gözün, Sənin görüşünə gəlmişəm ancaq!.. Getsən də arxanca uçan qanadam, Gəzəcək dalınca bu susmaz soraq, Mənə elə gəlir bu həyata da Sənin görüşünə gəlmişəm ancaq!
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.