Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Sabir Rüstemhanlı

Sözler ve Alıntılar

Tümünü Gör
Bu musiqi altında Arasında qollarının Ən böyük arzuma yetərək Ölə bilərdim - qoynunu əvəz edən, məni bu qollar kimi quca bilən üç arşın yer olsaydı.
"Xoşbəxt ol" söylədin...
"Xoşbəxt ol!" söylədin, "ayrılaq daha" Bu sözlər qarğışmı, həsrətmi, qəmmi? Sənsiz ömür sürüb xoşbəxt olmağa Dünyaya təzədən gələcəyəmmi? "Xoşbəxt ol!" Səsindir qulaqlarımda... Addım səslərin də belə deyirdi. Sən çıxıb gedirdin, ayağın altda Ürəyim səssizcə inildəyirdi. Son dəfə üzünə qoy baxım ki mən, Göylərdən bir ulduz axacaq indi. "Xoşbəxt ol!" söylədin, dedin ürəkdən, Xoşbəxtlik əlimdən çıxacaq indi! Soyuq ayrılıqdır üstümdən əsən, Baharmı, payızmı-hamısı birdi. "Xoşbəxt ol!" söylədin, məgər bilmirsən Bu sözdə bəxtimi dəfn eləyirdin...
Reklam
Sən yaşamaq deməksən...
Mehi sən, küləyi sən, Qəmi sən, gülməyi sən, Bu ömrün hər şeyi sən, Getmə, ömrümdən, getmə! Ağacamsa çiçəksən, Süfrəyəmsə çörəksən, Sən yaşamaq deməksən, Getmə, ömrümdən, getmə!
Sənin görüşünə gəlmişəm ancaq...
Gör harda açıldı sözün düyünü, Gör harda alışdı çatdığım ocaq, Bu çətin yollarla, ay ömrüm-günüm, Sənin görüşünə gəlmişəm ancaq... Bəxtimtək açıldı isti qolların, Ən xoş etirafım-dilindəki ah, Adlayıb illəri, yorub yolları Sənin görüşünə gəlmişəm ancaq! Mənə "varım" dedin, "varlığım" dedin, Bu sözlər zirvəmə sancılan bayraq. Xoşbəxt baxışınla sən də söylədin: "Sənin görüşünə gəlmişəm ancaq". Qoy sonu olmasın bu günümüzün, Sevinc qapısını taybatay açaq, Qopmasın ürəyin, dolmasın gözün, Sənin görüşünə gəlmişəm ancaq!.. Getsən də arxanca uçan qanadam, Gəzəcək dalınca bu susmaz soraq, Mənə elə gəlir bu həyata da Sənin görüşünə gəlmişəm ancaq!
Sən mənim küllənmiş közümdə qaldın...
Səhərdin - ömrümə günəş doğuldu, Vüsaldın - qurudu qəmim, sovuldu. Nəğməydin - sükutun hökmü yox oldu, Dağ idin - ucaldın düzümdə qaldın! Görüşdük bir çayın qolları kimi, Torpağın həsrəti - bol barı kimi. O uzaq uşaqlıq yolları kimi Daim xəyalımda, gözümdə qaldın. Bulaqsan, üstünə enən cığırdım, Səhrasan, yağıştək sənə yağırdım. Uzaqsan, arxanca mən ha çağırdım Batdın ümid kimi, səsimdə qaldın. Böldü ürəyimi hicran, qanatdı, Buludtək dolmağın vədəsi çatdı. Səadət qurudu, kədər boy atdı. Kədərə qovuşan izimdə qaldın. Yel əsdi, aranı duman bürüdü, Tək qaldım ağrıya sarı yeridim, Mən sənin odunda yanıb əridim, Sən mənim küllənmiş közümdə qaldın.
Bir gün dodağımda qırıldı sözüm, Qaldım bir kəlmənin əlində əsir. Ürəyə üz tutdum, dedi: yalvarma Sözü saxlamağa yerim nə gəzir? Sarsıldım ürəyin etirafından, Gördüm ki, o dilə gəlməz təzədən. Qəlbimə o qədər qəm yığılıb ki, Orda yer qalmayıb bircə sözə də...
Reklam
Niyə bu yerin üstündə saxladın məni...
Sənsiz itib yolum, sönüb ulduzum, Sənsiz tamı yoxdu çörəyin, duzun, Bir gün ayrılığın illərdən uzun, Dayan, yoxluğunla yoxlama məni. Yetim uşaq kimi qəhərlənmişəm, Qəm əkib, qüssədən bəhərlənmişəm, Sənsiz hər baxışdan zəhərlənmişəm, Səni də öldürrəm, qoxlama məni! Ağrı qırış olub bitər üzündə, Duam, qibləgahım gedər üzündə, Səni itirərsəm bu yer üzündə, Bu yerin üstündə saxlama məni!
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.