Seçilmiş Eserleri 2. Cilt

İsmail Şıhlı

Seçilmiş Eserleri 2. Cilt Reviews

You can find Seçilmiş Eserleri 2. Cilt reviews, Seçilmiş Eserleri 2. Cilt book reviews, Seçilmiş Eserleri 2. Cilt ratings on 1000Kitap.

Score

8.9Out of 10
253 People · 33 Review
400 syf.
10/10 puan verdi
·
Read in 4 days
Spoiler var. :) İsmayıl Şıxlı qələmini çox sevirəm. Köhnə adət-ənənələrimizi, milli kimliyimizi təsvirlərlə mükəmməl şəkildə xatırladır. İstər digər əsərləri, istərsə də "Dəli kür" olsun, hər birisində bu epizodlar mütləq ki, yer alıb. Əsərin baş qəhrəmanı Cahandar ağa oğlunun xeyir işinə görə şəhərdən parça almağa gedir, gələndə isə
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005772 okunma
400 syf.
10/10 puan verdi
·
Read in 17 days
İsmayıl Şıxlı - Dəli Kür
Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, yəqin ki, ən güclü romanlardan biri elə Dəli Kür'dür. Oxuduğum günlərdə Göytəpə kəndinin sakinləri ilə, Qori seminariyasinin müəllim və tələbələri ilə o qədər doğmalaşdım ki, düzünü desəm kitabdan ayrılmaq mənim üçün çətindi oldu. Hətta daha sonra İsmayıl Şıxlının kiçik bir müsahibəsini, hətta digər şəxslərin roman haqqında fikirlərini də oxudum. Müəllifin özünün də dediyi kimi, obrazlar hədsiz canlı, yaddaqalan təsvir edilib. Sanki oxuduqca onlarla söhbətləşir, hadisələrin yaxın iştirakçısı olursan. Bildiyimiz kimi, əsər Cahandar ağanın başqa kənddən olan Mələyi qaçırması ilə başlayır. Kiminə görə mənfi, kiminə görə müsbət obrazdır Cahandar ağa. Ancaq düşünürəm ki, Cahandan ağa obrazını ya mənfi, ya da müsbət deyib məhdudlaşdırmaq olmaz. Çünki müəllif həm müsbət, həm də mənfi xüsusiyyətləri ilə bir insan yaradıb. Molla Sadığa qarşı mübarizə aparanların tərəfindədir və onun kənddə ağalıq etməsinə qarşıdır. Digər obrazlar rus Əhməd, Aleksey Osipoviç, Dmitri Dmitriyeviç romanda maarifçilik ideyalarının təmsilçiləridir. Onlar millətlərin təhsil alması üçün, şüurlarının oyanması üçün çalışırlar və bu yolda hər cür çətinliklə üzləşirlər. Mütləq oxunması gərəkən romanlardan biridir. PS. Roman əsasında film də çəkilib, lakin hədsiz çox fərqliliklər var.
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005772 okunma
Reklam
400 syf.
9/10 puan verdi
·
Read in 4 days
Unudulmayacaq kitablardan biri
Kitab çox bəyəndim , Dialoqları çox təbii idi , sanki məndə Göytepede yaşayıb baş verən hadisələr izleyirdim :) Oxumağınızı tövsiyə edirəm !
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005772 okunma
400 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 22 days
Hər şeydən öncə milli, doğma, sətirləri arasında gözəl xatirələr oyadan möhtəşəm bir əsər. Azərbaycan xalqının bir parçası, keçmişimizin və nisbi mənasında bu günümüzün Azərbaycan xalqını geniş şəkildə təsvir edir. Sadəcə xalqın müsbət tərəflərini göstərməklə qalmır, sosial ədalətsizliyi, bir tərəfdə ağaların kef çəkməsi, digər tərəfdə ayağına çarıq tapmayan camaat. Süleyman Sani Axundovun
Süleyman Sani Ahundov
Süleyman Sani Ahundov
əsərlərində geniş çaplı tənqid olunur bu nöqtə, amma İsmayıl Şıxlı bunu açıq bir üsyanla deyil, sadə yaşantıları təsvir edərək göstərir. Əsərin əsas obrazlarından biri Cahandar ağadır. Cahandar ağa mərdliyin, cəsarətin, xalq mübarizə ruhunun, əzəmətin simvolu kimi təsvir olunur, eyni zamanda Cahandar ağa ideal bir obraz deyil, xətaları olan və bəzən bunlarla üzləşmək istməyən bir obrazdır. Əsərdəki obrazlar hər biri ayrı-ayrılıqda bir bağ qurur. Sadəcə roman kimi deyil, gerçək bir yaşantı kimi qəbul edirsən. Çünki əsər bizim bir parçamızı əhatə edir. Əsər boyu əksik olmayan bir gərginlik var, oxuduğum ən gərgin roman ola bilər. Obrazların təsvirində sapı özümüzdən olan baltalar kimi, düşmənlər içində olan dostlar da təsvir olunur. Xalqını, vətənini sevən insanların mübarizəsini az və öz izahı olan bu roman, eyni zamanda bu yolda olan fədakarlıqları təsvir edir. Hər şeyi ilə birgə hər bir azərbaycanlının oxumalı olduğu romanlardan biridir.
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005772 okunma
400 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 14 days
Dəli Kür
Əvvəlcə deməliyəm ki, kitabdakı hadisələrin bu qədər gözəl təsvir olunması məni heyran etdi. Tam da Azərbaycan yazıçısına, İsmayıl Şıxlıya xas bir xüsusiyyətdir. Kitabı oxuyanda özünüzü Göytəpədə hiss edə bilərsiniz. Sanki o an Kürün sahilində bu kitabı oxuyurmuşsunuz kimi bir hissiyat verir insana. Kürün qıjıltısı, quşların səsi, Göytəpənin yaşıllığı və s. hamısını hələ də gözümün önündə canlandıra bilirəm. Düzünə qalsa, kitabın ilk 100 səhifəsində Cahandar ağaya qarşı mənfi rəylər bəsləyirdim. Onun etdiyi bir səhv, obrazı sanki mənfi və müsbət arasında saxlayır. Kitabı qurtardıqdan sonra hələ də başa düşmək olmur ki, Cahandar ağa müsbət obraz idi, yoxsa mənfi. Onun təhsil haqqında fikirləri çox xoşuma gəldi. Desələr ki, kitabda ən sevdiyin obrazlar hansılar idi, sözsüz ki, Əşrəf, Əhməd və Kipiani olar. Onların əqidəsi, əzmkarlıqları mənə həzz verirdi. Və kitabda aşılanan azadlıq, bərabərliyin tələbi düşüncələri, kitabda ən sevdiyim mövzular oldu. Ümumilikdə kitabı çox bəyəndim. Hər birinizə tövsiyə edirəm. Xoş oxumalar.
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005772 okunma
Reklam
28 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.