Kitabda ən populyar satirik hekayələrdən bir neçəsi
toplanıb. Hekayələrin seçilməsində başlıca meyar onların bu gün də öz aktuallığını saxlamasıdır. Ümumbəşəri problemlərə həsr olunmuş bu əsərlər yüksək bədii
dəyərə malikdir. Müəllif böyük satira ustasıdır. Eyni zamanda, dövrünün ən populyar ədəbi jurnallarının naşiri
və aparıcı müəllifi kimi tanınır. Rus ədəbi tənqidinin və
publisistikasının inkişafında danılmaz xidmətləri vardır.
İstedadla qələmə aldığı çoxsaylı bədii və publisistik əsərləri onu rus ədəbiyyatının ən görkəmli simaları sırasına
qaldırıb. Bir müddət yüksək dövlət vəzifələrində çalışsa
da hakimiyyətə qarşı sərt mövqeyindən çəkinməyib. Sizə
təqdim olunan hekayələrdə də yazıçının həm cəsarəti,
həm usta qələmi oxucunun rəğbətini qazanır.