Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Hekayələri

Astrid Lindgren
5/10
2 Kişi
2
Okunma
1
Beğeni
123
Görüntülenme
Kitabda yer alan “Böyük bacı, balaca qardaş”, “Albalı ağacı altında”, “gəlinciklə oynamaq istəməyən prinsessa”, “Gül bala”, “Pele evdən köçür” və digər hekayələr oxucuları gülməyə, arzu etməyə, qəmlənməyə, düşünməyə vadar edir. Astrid Lindqren öz yaradıcılığında uşaqlarda mövcud dəyərlərə maraq oyatmaq, onlara tənqidi yanaşmaqla bərabər, həyatda rast gələ biləcəkləri çətinliklərə qarşı qorxunun dəf edilməsinin gərəkli olduğunu bədii şəkildə ifadə etməyə çalışmışdır. Əsərlərində uşaqlar aləmini məharətlə qələmə alan Astrid Lindqren onları reallıqlarla bəzənmiş nağıllar aləminə aparır, orada əyləndirdikdən sonra yenidən müasir həyata qaytarır. Onun yazı üslubunun üstün cəhəti ondan ibarətdir ki, hadisələr uşaqlar ətrafında cərəyan edir və onlar əsas qəhrəman kimi hadisələrin gedişini müəyyənləşdirirlər. Astrid Lindqren fəlsəfəsi ümumilikdə uşaqların sosial təkamülünə təkan verir. Astrid Lindqren 1907-ci ildə İsveçin cənubunda yerləşən Smaland vilayətində anadan olmuşdur. Astrid uşaq ikən valideynlərinin ona verdiyi azadlıqdan istifadə edərək xoşbəxt həyat yaşamışdır. Kənddə keçən uşaqlığı onun sonralar yazdığı uşaq hekayələrinin mərkəzi sütununu təşkil etmişdir. “Uzuncorab Pippi”, “Damda yaşayan Karlson” kimi kitablarla uşaqların rəğbətini qazanmış müəllif digər mövzularda da onlarca hekayə yazmışdır.
Yazar:
Astrid Lindgren
Astrid Lindgren
Çevirmen:
Rezo Əliyev
Rezo Əliyev
Tahmini Okuma Süresi: 3 sa. 51 dk.Sayfa Sayısı: 136Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 2000028767969Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
136 syf.
4/10 puan verdi
·
76 günde okudu
Bəlkə artıq yaşım o yaş deyil ki, bu tip hekayə və nağıllar məndə xüsusi maraq doğursun. Digər tərəfdənsə düşünürəm ki, hələ də böyük həvəslə oxuduğum nağıllar var. Uzun sözün qısası, məni qane etmədi.
Seçilmiş Hekayələri
Seçilmiş HekayələriAstrid Lindgren · Qanun Nəşriyyatı · 02 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.