Can nədir, kimsə onu etməyə cananə fəda,
Ola, ya olmaya bir mur Süleymanə fəda.
Vǝchi var, bağrımı cəllad gözün doğrar kim,
Ola hər parəsi bir navəki-müjganə fəda.
Bir təbibin yenə bimariyü dilxəstəsiyəm
Ki, məni dərdə nisar eylərü dərmanə fəda.
Yeri var ab ola şimşad xüramından anın,
Qətrə-qətrə ola ol sərvi-xüramanə fəda.
Belə kim, nami-xuda, çeşmin içər qan, saqi,
Et ana sədqə üçün bir neçə peymanə fəda.
Savurur göglərə rəşk atəşi xakistərimi,
Şəm❜ə hərgah qılır canını pərvanə fəda.
Mən ki, bir böylə süxənsaz hərifəm, Qövsi,
Nola, yarəb, olum ol çeşmi-süxəndanə fəda.
Heç şəm ilə ram olmaz, pərvanələriz bizlər,
Zəncirə baş endirməz, divanələriz bizlər.
Dünya ilə surətdə var ülfətimiz, əmma
Mə'nidə bu aləmdən biganələriz bizlər.
Seylabi-həvadisdən neylər bizə gərdun kim,
Tufani-kəşakəşdən viranələriz bizlər.
Hərgiz səsimiz çıxmaz, heç kim dilimiz bilməz,
Hərçənd ki, dillərdə əfsanələriz bizlər.
Yox taqətimiz, əmma fariğ degilik, Qövsi,
Ol mah büti-Çindir, bütxanələriz bizlər.