Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Mirvarid Dilbazi

Sözler ve Alıntılar

Tümünü Gör
ÇIRAQ OLSAN
Çıraq olsan mən pərvanə olardım, Od xilqətlim hey... yanardım oduna. Ömrüm boyu od içində qalardım, Sən su olub, yetişsən də dadıma. Yağış olub, yağsan belə üstümə, Dözüb sənin alovuna, tüstünə Mən dönərdim odlu Simurq quşuna Yana-yana dolanardım başına.
Sayfa 152
BU EŞQ ŞAİR XƏYALIYMIŞ
Nə dostdan bir xəbər gəldi, Deyəm əhdə vəfalıymış. Nə şadlıq, nə kədər gəldi, Deyəm ömrü cəfalıymış. Nə bildi, ağladım, güldüm, Nə bilsə, bildiyin bildim. Nə bildi qəm yeyib öldüm. Bu eşq şair xəyalıymış.
Sayfa 151
Reklam
Duyğular
Səhra küləkləri kimi – Könlüm mülkündə duyğular Gah soyuq, gah isti əsdi. Gah gecikdi, Gah tələsdi. Gah gözdə - göz yaşım dondu, Gah ürəyim oda yandı... Demədim, bəsdi! Duyğular! Üzdüm fikirlər selində Xatirələrin elində... Kədər xəncəri əlində Yolumu kəsdi duyğular! Gah ağlatdı xəlvət-xəlvət, Əzizlərdən açdı söhbət, Gah göstərdi mənə ülfət. Gah məndən küsdü duyğular.
Sayfa 182
ŞAİR OLMAQ
Şair olmaq gör nə haldır: Ruzim - fikirdir, xəyaldır, Dalğınlıqdır, düşüncədir... Şair olmaq istəyənim Bildinmi halım necədir. Bizim bu zəngin aləmdən, Bir kağızdan, bir qələmdən, Bir də mənə eldən gələn Müqəddəs sevincdən, qəmdən Başqa bir şey götürmədim. Şahlar sarayına girdim, Dürr, cavahirat gördüm, Bu sərvətlər arasında Sərvətimi itirmədim. Qəlbi incəm, ruhu şənim, Heç çatarmı gücün sənin Bu "ruzi"ylə yaşayasan! Dünya zövqündən əl çəkib Sən də mənə oxşayasan, Bir qələmlə, bir kağızla Bir də: şair ruhundakı El eşqiylə yaşayasan?
Sayfa 174
ƏHVAL-RUHİYYƏ
Ürəyimdə nə sevginin odu var, Nə ağzımda yeməklərin dadı var. Günlərimin qəmlisi var, şadı var, Yaşayıram, dünya yenə gözəldir. Bu dünyanın günəşi var, ayı var, Meşəsi var, bulağı var, çayı var, Xəyalımda bir gözəllik payı var, Yaşayıram, dünya yenə gözəldir. Bu dünyanın aranı var, dağı var, İnsanların xəstəsi var, sağı var, Qarşımızda ölüm adlı yağı var. Yaşayıram, dünya yenə gözəldir. Sonu olan planetdə yaşaram, Gah susaram, gah kükrərəm, daşaram, Aldadılmış bir uşağa oxşaram, Yaşıl yarpaq sabah sarı xəzəldir. Fani dünya niyə belə gözəldir?!
Sayfa 184
Sənsiz
Şər qarışır, İşıqla qaranlıq yarışır... Otağım yarıqaranlıq, Ürəyimdə bir nigaranlıq, Sinəm – biçilmiş kövşən yeri... Ağlayır sənsiz Zəmanənin bu divanə şairi.
Sayfa 151
Reklam
LİRİK DUYĞU
Mənim ürəyimin qırx otağı var, Gülləri ətirli şahlıq bağı var, Sən bu sarayların şahzadəsisən. İndi sənsizlikdə ey məni sevən: Çoxdan bağlı qalıb qırx otağım da, Solub, xəzan olub şahlıq bağım da.
Sayfa 186
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.