XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan MirCəlal qiymətli hekayə və romanlar müəllifi kimi tanınmışdır. Ədibin güldürə-güldürə düşündürən, birbirindən gözəl və mənalı onlarca əsəri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur.
Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və "Açıq kitab" romanı toplanmışdır. İdeya-bədii məqsədi, fikir qayəsi həmişə aydın və işıqlı olan müəllifin bu hekayələrində həyatın dərin qatlarına enilir, köhnəliklə yeniliyin mübarizəsi, inkişafa mane olanların tənqidi önə çəkilir.
Kəskin tənqidi-satirik ruhu ilə seçilən və sənətkarlıq baxımından qüvvətli "Açıq kitab" romanında isə dövrün əsas qüsuru kimi "gəldiyevçilik" əsl bədii-fəlsəfi ümumiləşmə səviyyəsində ifşa olunur.