Seçilmiş Əsərləri

Əliağa Vahid

Featured Seçilmiş Əsərləri Posts

You can find Featured Seçilmiş Əsərləri books, featured Seçilmiş Əsərləri quotes and quotes, featured Seçilmiş Əsərləri authors, featured Seçilmiş Əsərləri reviews and reviews on 1000Kitap.
Bir sən kimi vəfasız olan yarə neyləyim, Canan ki verdi könlünü əğyarə, neyləyim?! Bülbül təki yolunda sənin mübtəla mənəm, Bir gül ki həmdəm ola xarə, neyləyim?! Eşqində daima bu bəlalər çəkən könül İndisə tapmayır özünə çarə, neyləyim?! Eşq atəşinə yanmışam, imdadə gəlmədin, Pərvanə vurmasın özünü narə, neyləyim?! Məcnun edən məni yarın cəmalıdır, Eşq aləmində oldu günüm qarə, neyləyim?! Vahid, məhəbbətin bu qədər ki, bəlası var, Yoxdur deyən dərdimi dildarə, neyləyim?!
Sayfa 159
Mən bilməmişdim, istədiyim qeyrə yar imiş, Əvvəl vəfalı, axırı bietibar imiş! Canan yolunda nalə ilə keçdi günlərim, Eşq əhlinin nəsibi bütün ahü zar imiş! Zülfünmü könlümü, gözəlim, tarimar edən, Ya ki könül əzəldən elə tarimar imiş! Ahu baxışlı gözlərinin mübtəlasiyəm, Könlüm kəməndi-zülf ilə çoxdan şikar imiş! Oldum əsiri bir gözəlin, indi bilmişəm, Məcnun nə vəchdən vətənindən kənar imiş! Fərhadə tənə eyləyəni səngisar edin, Bax Bisütuna, eşqə o da yadigar imiş! Vahid, olur ki, sevgi fəlakət də törədir, Zənnimcə, eşqə mail olan bəxtiyar imiş!
Sayfa 302
Reklam
Səninlə mən, gözəlim, aşinalıq eyləmişəm, Səni vəfalı bilib, canfədalıq eyləmişəm. Rəqibə həmdəm olub, salmısan məni gözdən, Haçankı gün sənə mən bivəfalıq eylemişəm? Səninlə yar olalı bir zaman üzüm gülməz Ki, bilmirəm sənə nə biədalıq eyləmişəm? Cəfanı tərk elə, məhparələr cəfa eləməz, Nə müddət idi qapında gədalıq eyləmişəm. Günüm qaraldı səri-zülfünün xəyalından, Təəccübəm, sənə nə üzqəralıq eyləmişəm? Kəsib ümidimi, Vahid, mən öz nigarımdan, Səfalı eyşimi axır fənalıq eyləmişəm.
Sayfa 141
Zülm eyləmək eşq əhlinə, cana, nə üçündür? Aşiq ki, verir canını – cananə üçündür. Sevməz o qara zülfünü heç kimsə mənimtək, Zəncirə həvəs eşqdə divanə üçündür. Xəlq olmamısan aşiqi incitməyə, zalım! Bax, gör bü gözəllik sənə, aya, nə üçündür?! Hər aşiqin öz sevdiyi məşuqəsi vardır, Gül bülbül üçün, şəm isə pərvanə üçündür. Bülbül nə bəla çəksə yolunda sənin, ey gül, Qəlbində məhəbbət yenə biganə üçündür. Zahid buraxıb məscidi, meyxanəyə gəlməz, Bayquş yaranandan bəri viranə üçündür. Vahid, məni sərdəftəri-eşq içrə yazıblar, Məcnun sözü dillərdə bir əfsanə üçündür.
Sayfa 298
Tapşır, ey gül, zülfünə daim pərişan olmasın, Aşiqin bülbülsifət hicrində nalan olmasın. Bir kənar eylə üzündən, aşikar olsun üzün, Gizlənib ruyin o zülfün içrə, pünhan olmasın. Qətlimə fərman verib əbrulərin, müjganların, Sineyi-suzanimə dəysin, peşiman olmasın. Cümlə dəysin sinəmə, ox ilə parə eyləsin, Yüz müalic eyləsə, tədbiri-dərman olmasın. Cənnəti, hurini vəsf eylər mənə zahid, gərək Cənnəti-əladə bir sən kimi qılman olmasın. Seyyidi Zərgər idi, Vahid, cahanda mürşüdün, Cəhd qıl, bir nöqtə bu şerində nöqsan olmasın.
Sayfa 221
Ey gül, sənə könlümdə məhəbbət yenə vardır, Əvvəl var idi vəslinə həsrət, yenə vardır. Zülfündən idi sübhə kimi hər gecə söhbət, Hər yerdə, hər işrətdə o söhbət yenə vardır. Çox zalımı məhv etdi, dəyişdirdi təbiət, Səndə, mələyim, vəhşi təbiət yenə vardır. Zülfün, nə qəm, eylərsə könül mülkünü yəğma, Fəth etsə qoşun hər yeri, qarət yenə vardır. Min fitnə yatıb naz ilə ahu baxışında, O məsti-xətadidədə adət yenə vardır? Göstərmə o gül çöhrəni, qoy bilməsin aləm, Hazırda bizim əsrdə cənnət yenə vardır. Vahid, bu qəzəldə sənə Möcüz verib ilham, Sənətkar özü yoxsa da, sənət yenə vardır.
Sayfa 291
Reklam
6/10 puan verdi
Jalə kimi
Qızarmış arizinə tər əcəb gözəl yaraşır, Nə yaxşl görsənir, ey gül, gül üzrə Jalə kimi! Həvayi-eşq ilə guya ki, bir şikəstə neyəm Sızıldar bədənim hər nəfəsdə nalə kimi.
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriƏliağa Vahid · Lider Nəşriyyat · 200516 okunma
Eşq əhlinin, artar gözəlim, dərdi, məlalı, Əğyar ilə öz sevdiyi cananı görəndə.
Qoyma, gözəlim, kuyinə əğyar dolansın, İnsafmı, gülzarı gəlib xar dolansın?! Razı deyiləm, özgə ola məhrəmi-vəslin, Gülzari-behişti niyə küffar dolansın?! Könlüm quşu daim dolanır şövqi-rüxünlə, Əlbəttə, gərək Kəbəni zəvvar dolansın. İkrah eləmə, qamətinə zülf dolaşsa, Sərv üstünə, bu rasmdi, şahmar dolansın. Rəhm et, günümü eyləmə zülfün kimi qarə, Qoyma üzünə türreyi-tərrar dolansın. Saldı məni peyvəstə qaşın fikrinə, zalim, Daim belə qoy çərxi-cəfakar dolansın. Məxmur gözün fikri edib aləmi bihuş, Vahid necə bu şövq ilə huşyar dolansın?
Sayfa 224
Dindir məni hərdən, gözəlim, fürsət olanda, Vəslin bizə bir an, nə olar, qismət olanda? Bax gör, məni zülfün nə pərişanlığa saldı, Bir gün açaram dərdimi cəmiyyət olanda. Yüzlərcə cəfa etsən, unutmaz səni könlüm, Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda. Biganə əgər olmasa, tez vəslə yetərdik, Kim xeyr görüb düşməni kəmfürsət olanda? Zülfün ki, tutub ruyini, çox qorxuram ondan, Aləm toxunar bir-birinə zülmət olanda. Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun, Bülbül dayanarmı gülünə həsrət olanda? Vahid, hələ qarşında böyük bir gələcək var, Dünya bizə ləzzət verəcək cənnət olanda!
128 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.