Seçilmiş əsərləri

Mirmehdi Seyidzadə

Seçilmiş əsərləri Sözleri ve Alıntıları

Seçilmiş əsərləri sözleri ve alıntılarını, Seçilmiş əsərləri kitap alıntılarını, Seçilmiş əsərləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Ay gözəllər gözəli, söhbəti şirin, məzəli, Sənin eşqinlə gəlib vəcdə, yaratdım qəzəli. Çox gözəl gördü gözüm, uymadı könlüm telinə, Xoşdur insanə də novbar kimi eşqin əzəli. Küsmərəm bəxtimə, etsən mənə yüz cövrü-cəfa, Yaradır taleyi insanın, əzizim, öz əli. Səni kim görsə, könül verməsə, yox onda könül, Kim düşüb eşqinə sevməz belə dilbər gözəli? Odlu Mir Mehdinin ilhamı daşan çay kimidir, Yüz xəzan gəlsə də, gəlməz hələ ömrün xəzəli.
Qurbanın olum, yanıma dur gəl, gözəlim yar, Nazın kimi, ey söhbəti şirin məzəlim yar. Güllər açılıb, bülbül ötür bağda, çəməndə, Doldur qədəhi, mən də içim, bir düzəlim, yar, Yüz min payız olsa, saralıb solsa çəmənlər, Bir təzə baharam, mənim olmaz xəzəlim yar. Tar telləri tək saçların olmuşsa pərişan, Qəlb atəşi ilə onu oxşar öz əlim, yar. Mir Mehdi deyir: xoşdur uçub gül dodağından, Eldən-elə, dildən-dilə düşsün qəzəlim, yar.
Reklam
Uçdu bülbül yenə bağda güli-rənaya tərəf, Baxdı, bir naz ilə gül, bülbüli-şeydaya tərəf. Bağlanıb qaldı, könül saçlarına, nazlı gözəl, Baxdı bir dəfə gözüm nərgizi-şəhlaya tərəf. Sən bir aslan kimi məğrur idin, ey vəhşi könül, Çəkdi bir ceyranın eşqi səni səhraya tərəf. Yoxdu daş qəlbinə dərya kimi eşqin əsəri, Sel çəkər güclə gələndə daşı dəryaya tərəf. Yüz dəfə döndərib üz, sevgidən əl çəksən əgər, Çəkəcək, yar, səni, Mir Mehdi, bu sevdaya tərəf.
Dostlar, deməyin: bir gözələ yüz qəzəl olmaz, Mən sevdiyim afət kimi dilbər gözəl olmaz. Səpsəm onun ətrafına öz şerimi gültək, Qış mövsümü tufan qopa, şerim xəzəl olmaz.
Eşqin çəmənində nəzərim bir gülə düşdü, Aşiqliyim ildən-ilə, dildən-dilə düşdü. Güldükcə mənə nazlı gülüm, yandı həsəddən, Döndü külə, əğyarın işi müşkülə düşdü. Dəydikcə könül tellərinə mizrabı eşqin, Nəğməm ucalıb pərdədə bəmdən zilə düşdü. Eşqin dolanıb qafiləsi aşdı zamanı, Axır gəlib hicran kimi bir mənzilə düşdü. Mir Mehdi, gözümdə günəşin nuru qaraldı, Yar getdi, gözümdən elə bildim gilə düşdü.
Lalə üzlü gözəlim, sərvi-xuramanımsan, Hüsnünün aşiqiyəm, sevgili cananımsan. Edərəm, min canım olsa, bir işarənlə fəda, Səndən ayrılmaz ürək, çünki şirin canımsan. Harda olsam, yenə də səmtinə meyl eyləyərəm Bir kiçik dalğayam eşqində, sən ümmanımsan. Könlümün nəğmələri, şeri coşur eşqinlə, Mən sənin bülbülünəm, qönçeyi-xəndanımsan. Səni Mir Mehdi bir an görməsə, min dərdə düşər, Qəlbimin taqətisən, dərdimə dərmanımsan.
Reklam
12 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.