İngilis yazıçısı və dramaturqu, 1921-ci ildə yaradılan PEN-klubun ilk rəhbəri Con Qolsuorsi (1867-1933) iyirmiyə yaxın romanın, onlarca pyesin, yüzlərcə hekayə və essenin müəllifidir. 1917-ci ildə aristokrat rütbəsindənimtina edən, ölümündən cəmi iki ay əvvəl (1932) Nobel mükafatına layiq görülən yazıçı “Riyakarlar adası” (1904), “Malikanə” (1907), “Qardaşlıq” (1909), “Patrisi” (1911), “Ölümdən güclü” (1917), romanları, “Foryastlar haqqında saqa” adlı trilogiyası və “Gümüş mücrü” (1906), “Mübarizə” (1909), “Həqiqət” (1910) pyesləri ilə dünya şöhrəti qazanmışdır. O zaman Britaniya imperiyasının daxili işlər naziri Uinston Çörçill etiraf edirdi ki, həbsxanalarda islahatlar aparmasına Qolsuorsinin “Həqiqət” pyesinin böyük təsiri olmuşdur. Bu kitabda Con Qolsuorsinin “Ölümdən güclü” romanı, “Dözümlü adam” povesti və hekayələri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.
Oxuculara təqdim olunan bu kitabda yazıçının müxtəlif dövrlərdə yazdığı «Ölümdən güclü» romanı, «Alma çiçəkləri», «Ədavət», «Birincilər və axırıncılar», «Dözümlü adam» povestləri, «Hər şeydə yaxşı cəhəti görmək lazımdır», «Məğlubiyyət», «It gəbərdi», «Vicdan», «İki baxış», «Ruzi», «Keçmiş E 299» hekayələri toplanmışdır. Bu nəsr əsərlərini oxumaq kifayət edir ki, yazıçının necə böyük söz ustası, qələm sahibi olduğunu duya, hiss eləyəsən.