Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Nəriman Həsənzadə

Sözler ve Alıntılar

Tümünü Gör
Bu dunya NERDIVANDI....
Bu dünya nərdivandı – Qalxanda mehribandı, Enəndə nə yamandı… Görüşdük pillələrdə, Yolun yarısında biz. Sən qalxırdın bu dəmdə, Mən enirdim xəbərsiz. Səni arzularına Qaldırırdı nərdivan. Məni xatirlərə Endirirdi bu zaman. Birimiz – günçıxana, Birimiz – günbatana. Qalxa bilməzdim daha, Nə o güc, nə o taqət. Sən də enə bilməzdin – Haqlı, haqsız vermişdi Öz hökmünü təbiət. Gərək ya düşməyəydi Bu görüş heç araya, Ya sən əvvəl gələydin, Ya mən sonra dünyaya......
Elə dayanırsan, elə baxırsan.
Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir. İndi özgələri yad ehtiramla, Deyirlər tanış ol... Nə qəribədir?! Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq. Qoluna girərdim... bu, yadındadır, gedərdik... yolumuz , arzumuz şərik. Qolum qollarının lap yanındadır, toxunsa biz indi üzr istəyirik. Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, Görəsən məni?
Reklam
Qadınsız çətindir həyatı sevmək, Sevgisiz həyat da bir həyat deyil.
Mən bir həqiqəti öyrəndim ancaq... Günah kişidədi ,qadında deyil...
Mən səni sevəndə yaz havasıydı, Neyləyim, taleyin gözü tökülsün. Həyatım əlində quş yuvasıydı, Quran özün oldun, uçuran özün. Mən səni sevdim ki, yoldaş olasan, Həyatın ən ağır, dar yollarında. Demədim axırda bir daş olasan, Qədim qəbristanda, yol kənarında. Mən səni sevdim ki, yuyur, qaç, oyna, Yenə seçilməsin ətrin bahardan. Demədim təzədən gizlənpaç oyna, Axşam yuxuma gir, səhər qaç ordan. Yadıma nə düşür!-sənin ad günün, Biz qoca deyirdik, dünya təzəymiş. İli yox, həyatda insan ömrünün, Anı da tarixi bir hadisəymiş.
Demə, bu sevdanın nə mənası var, Mənası budur ki, bu məna yanır..........
Reklam
Elə dayanırsan , elə baxırsan , Elə bil qarşında quru bir daşam . İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam . Səni dostlarımla , tanışlarımla , Mən tanış edərdim nə vaxtsa bir-bir . İndi özgələri yad ehtiramla , Deyirlər tanış ol .... Nə qəribədir ?! Yuxuda görərdin nə vaxtsa hər dəm , Yolumu gözlərdin yollardan uzaq . Mən sənin yuxundan çıxıb gəlmişəm , Bu da bir yuxudur , gəl tanış olaq . Qoluna girərdim ... bu , yadındadır , gedərdik ... yolumuz , arzumuz şərik . Qolum qollarının lap yanındadır , toxunsa biz indi üzr istəyirik .
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.