Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri kitap alıntılarını, Seçilmiş Əsərləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Yenə də gözlərim gözündə qalıb
Gördüyüm mənaya qurban olaram
Əgər həqiqətsən,mən həqiqətə
Röyasan,röyaya qurban olaram.
Söhbətin şirindi, gülüşün təzə,
Saldın ürəyimi eşqə, həvəsə
Sən ayaq basdığın o yola, izə,
Çəmənə, səhraya qurban olaram.
Çatsın hər muradın başa dünyada,
Bir arzun dəyməsin daşa dünyada.
Bu dünya gözəldi, yaşa dünyada,
Sən olan dünyaya qurban olaram.
Dərdini hamıya demə,
Bir nəfər bilsə bəs eylər.
Şərtdimi hamı "can" desin,
Bir can "can" desə, bəs eylər.
Sözü-sözündən oxuyan,
Səni özündən oxuyan,
Dərdi gözündən oxuyan,
O dərdi bölsə bəs eylər.
Niyə ağrıyırsan, nədir möhnətin?
Nəğməsi dilində qalan ürəyim.
Ey məni buz bilib yola getməyən,
Ey məni odlara salan ürəyim.
Mənim ola-ola mənə qənimsən,
Mənmi səninkiyəm, sənmi mənimsən!
Gah adi bir nöqtəm, gah bədənimsən,
Gah bütöv bir dünyam olan ürəyim.
Göz doymur dünyadan, bu tamaşadan,
Bir yerdə vursaydıq ömrü başatan.
Ey mənim sinəmdə məni yaşadan,
Ey mənim əlimdə ölən ürəyim.
Sən gələndə yanıma,
İstəyirsən daima
Vaxt dayana,
Vaxt dura.
Vaxt da bizə qoşula,
Yanımızda otura.
Sən olsaydın, bir də mən,
Bu dünyada ikimiz,
Qoşulub oturardı
Vaxt da bizə,
Şübhəsiz.
Vaxt gələni gətirir,
Vaxt gedəni ötürür.
Vaxt dayansa, bircə an
Hardasa bir səadət
Yarımçıq qalar, inan.