Seçilmiş Əsərləri

Nəriman Həsənzadə

Seçilmiş Əsərləri Posts

You can find Seçilmiş Əsərləri books, Seçilmiş Əsərləri quotes and quotes, Seçilmiş Əsərləri authors, Seçilmiş Əsərləri reviews and reviews on 1000Kitap.
Başqaydı istəyi, qəlbi, həvəsi, Əliylə yazdığı varaqda qalır. Həyatda sevdiyin insanın səsi, Qızım, ömür boyu qulaqda qalır.
Sayfa 190
Təbiət gücsüzdü, həkim köməksiz, Kimin ki, yaşamaq həvəsi yoxdu.
Sayfa 174
Reklam
Anasız qalmışdı ana deyənim, Həyatı bir uşaq öyrətdi mənə. Bir qadın- əvvəlcə onu sevməyi, Sonra da ağlamaq öyrətdi mənə.
Sayfa 149
Belə..
Mənə elə gəlir görüşəcəyik, Uzun sürməyəcək bu həsrət, bu qəm...
Sayfa 325
Yenə də gözlərim gözündə qalıb Gördüyüm mənaya qurban olaram Əgər həqiqətsən,mən həqiqətə Röyasan,röyaya qurban olaram. Söhbətin şirindi, gülüşün təzə, Saldın ürəyimi eşqə, həvəsə Sən ayaq basdığın o yola, izə, Çəmənə, səhraya qurban olaram. Çatsın hər muradın başa dünyada, Bir arzun dəyməsin daşa dünyada. Bu dünya gözəldi, yaşa dünyada, Sən olan dünyaya qurban olaram.
Sayfa 324
Mən vaxtı itirdim səndən ötəri, Mən səni itirdim vaxtdan ötəri. İtirə-itirə pozuldu nəşəm, Özüm itirmişəm... Heç bilməmişəm..
Sayfa 314
Reklam
67 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.