Seçilmiş Əsərləri

Nəriman Həsənzadə

Quotes

See All
Yenə də gözlərim gözündə qalıb Gördüyüm mənaya qurban olaram Əgər həqiqətsən,mən həqiqətə Röyasan,röyaya qurban olaram. Söhbətin şirindi, gülüşün təzə, Saldın ürəyimi eşqə, həvəsə Sən ayaq basdığın o yola, izə, Çəmənə, səhraya qurban olaram. Çatsın hər muradın başa dünyada, Bir arzun dəyməsin daşa dünyada. Bu dünya gözəldi, yaşa dünyada, Sən olan dünyaya qurban olaram.
Sayfa 324
Dərdini hamıya demə, Bir nəfər bilsə bəs eylər. Şərtdimi hamı "can" desin, Bir can "can" desə, bəs eylər. Sözü-sözündən oxuyan, Səni özündən oxuyan, Dərdi gözündən oxuyan, O dərdi bölsə bəs eylər.
Sayfa 63
Reklam
Mən sənsiz ölərəm! demişdim sənə, hamısı yalanmış, yaşadım sənsiz.
Sayfa 179
Niyə ağrıyırsan, nədir möhnətin? Nəğməsi dilində qalan ürəyim. Ey məni buz bilib yola getməyən, Ey məni odlara salan ürəyim. Mənim ola-ola mənə qənimsən, Mənmi səninkiyəm, sənmi mənimsən! Gah adi bir nöqtəm, gah bədənimsən, Gah bütöv bir dünyam olan ürəyim. Göz doymur dünyadan, bu tamaşadan, Bir yerdə vursaydıq ömrü başatan. Ey mənim sinəmdə məni yaşadan, Ey mənim əlimdə ölən ürəyim.
Sayfa 124
De, nədir səadət həyatda, gülüm, Bir könül xoşluğu, bir az təbəssüm.
Sayfa 313
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.