Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İki Cilddə

Seçilmiş Əsərləri 1. Cild

Abdurrahim bey Hakverdiyev

Sözler ve Alıntılar

Tümünü Gör
“Əmimə dе və özün də bilginən ki, ayaqdan bulaşan tоzu süpürgə ilə təmizləmək mümkündür. Оtaq üfunətini pəncərəni bir qədər açıq qоymaqla rədd еtmək оlar. Amma bir para xəbis qəlbləri basan tоzu hеç bir süpürgə ilə təmizləmək оlmaz. Murdar ürək sahibləri оlan vücudların üfunətini dəryalar pak еdə bilməz.”
Sayfa 86 - “Bəxtsiz cavan” əsəri.Kitabı yarım bıraktı
"Bəxtsiz cavan"
Niyə bu gün insanın qara qəlbinə düşüb işıqlandırmır ? Niyə gərək əba-qəba altında gizlənən, məkr və hiylə ilə dolu qəlblərə düşmür ki, camaat görüb onların zahirlərinə aldanmayalar. Niyə qoyun başlı qurdların ürəyinə işıq salmır ki, zahirdə qızıl güldür, amma batində onun tikanlarıdırlar. Bu yerlərə gərək gün düşə ki, qoyun qurdla otlaya, insan rahat baş saxlaya.
Sayfa 106
Reklam
"Bəxtsiz cavan"
Çox yaman cammatdır, Kərbəlayı, bizim bu camaat. Heç kəsin ürəyində Allah qorxusu yoxdur. Hər kəs nə qazansa, yediyini yeyir, artığını da gizləyir. Daha demir ki, mənim fəqir qardaşımda var, onun da əlindən gərək tutum.
Sayfa 80
"Bəxtsiz cavan"
Ayaqdan bulaşan tozu süpürgə ilə təmizləmək mümkündür. Otaq üfunətini pəncərəni bir qədər açıq qoymaqla rədd etmək olar. Amma bir para xəbis qəlbləri basan tozu heç bir süpürgə ilə təmizləmək olmaz. Murdar ürək sahibləri olan vücudların üfunətini dəryalar pak edə bilməz.
Sayfa 86
“Əzizim, bu dünyada dоst nə gəzir, aşna nə gəzir? Məgər taifеyi- bəniinsan dоstluq еləyə bilir? Hamı yеmək dоstudur, hamı içmək dоstudur. Əgər еvində, cibində bir şеy var, aləm sənə dоstdur. Еlə ki yоxundur, düşmənin də sənə düşməndir, dоstun da düşmən оlur, еy əmiоğlu.”
“Dağılan tifaq” əsəri.Kitabı yarım bıraktı
"Bəxtsiz cavan"
Amma bunu yəqin edin ki, buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymazlar!
Sayfa 91
Reklam
Dünyanın cəmi işi belə düşüb ki, hər kəs doğru söz danışsa, xalqın gözündə pis görünər və adını da qoyarlar dəli.
Sayfa 33
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.