Klassik dünya ədəbiyyatı seriysına daxil olan bu kitaba dahi rus ədibinin avtobioqrafik səciyyəli trilogiyası – “Uşaqlıq”, “İlk gənclik”, “Gənclik” ilə yanaşı, “Kazaklar” və “Hacı Murad” povestləri də daxil edilmişdir. Həmişə həqiqətə çağıran yazıçının bütün qəhrəmanları insan həyatının mənası barədə düşünürlər.
Tolstoy həyata ehtiraslı məhəbbətlə, şərə və ədalətsizliyə qarşı dərin nifrətlə aşılanmış əsərlərində ümumbəşəri məsələlər qoyduğuna görə Asiya, Avropa, Amerika xalqlarının mənəvi-bədii mədəniyyətlərinə ciddi təsvir göstərmişdir.
“Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.