Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Altı Cilddə

Seçilmiş Əsərləri 2. Cild

İsa Muğanna
0/10
0 Kişi
2
Okunma
Beğeni
229
Görüntülenme
Görkəmli yazıçımız İsa Muğannanın altı cildlik seçilmiş əsərlərinin 2-ci cildinə onun "Sürgün", "Dan ulduzu" povestləri, müxtəlif illərdə qələmə aldığı hekayələri və "Ömrümdə izlər" başlığı altında bir neçə xatirə-oçerki daxil edilmişdir. Bağlı kəndində mübarizələrdən keçə-keçə xoşbəxtlik adlanan aləmə qovuşmağa çalışan cavan qızlardan birinin adı Bəsdi idi. “Zaftalı” Bəsdi deyirdilər. Yəni zabitəli, zəhmli, hökmlü. Hərdən “Zoddu” Bəsdi də deyirdilər. Bu “zoddu” da elə “zaftalı kimi bir sözdür; zoddu adamın qabağında dayanmaq bəlkə heç mümkün deyil. Mirzə Mərəz və ya Mərəz Mirzə deyilən partkomun Bəsdiyə beş-üç kəlmə: “Əmin (yəni kolxoz sədri Ehsan kişi) əlindəki şallağı atının sağrısına vurmaq əvəzinə gəlinlərin geri yanma şappıldadır” - deməyi kifayətdi ki, o günü Bəsdi əmisinə qışqırıb abırdan salmayaydı: “Şallağı öz arvadıyın yumşaq yerinə çək ki, çox ennən-dirməsin. Zəhmət çəksin işə gəlsin...” və s. Əmma tale, daha doğrusu, zəmanə Bəsdini sındırdı. Bəli, sındırdı. Düz yarım əsr bundan əvvəl - min doqquz yüz əlli birinci ilin iyununun axırında “kolxozluq” adlanan zamanın ən qaynar vaxtında baş vermiş hadisə elə bil bu gün olub; Alman faşizmi üzərində qələbədən sonra “Qələbə” adlandırılmış kolxozun sədri Ehsan kişinin ümumi iclasda çıxışı, xırıltılı, əmma məlahətli, hətta nurlu səsi indi də qulağımdadır: Geri qayıt
Yazar:
İsa Muğanna
İsa Muğanna
Tahmini Okuma Süresi: 12 sa. 14 dk.Sayfa Sayısı: 432Basım Tarihi: 2009Yayınevi: Avrasiya Press Nəşriyyatı
ISBN: 9789952442182Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.