Dahi rus yazıçısı Dostoyevskinin 1860-1870-ci illərdə yaratdığı məşhur “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə” və “Karamazov qardaşları” fəlsəfi romanlarında Yer kürəsinin bütün iniltiləri, dərddən ağlını itirmiş adamların sayıqlamaları öz əksini tapmışdır…
Ana xəttini insanın daxili ziddiyətləri təşkil edən həmin romanlar arasında “İdiot” ən lirik əsərdir.
Böyük humanist yazıçı daim cəhd etdiyi roman-poemanı burada daha artıq uğurla yarada bilmişdir. Ölməz sənətkarın məşhur “Dünyanı gözəllik xilas edəcək” kəlamı romanda bütün gerçək əzəmətiylə səslənir.