7-Cilddə 1-ci Cild

Seçilmiş Əsərləri I.Cild

Nəriman Həsənzadə

Seçilmiş Əsərləri I.Cild Gönderileri

Seçilmiş Əsərləri I.Cild kitaplarını, Seçilmiş Əsərləri I.Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri I.Cild yazarlarını, Seçilmiş Əsərləri I.Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
HAZIRCAVAB
-Dondurma al. -Soyuqdu, donarsan. -Eybi yoxdu. -Dişin göynər. -Udaram. -Üstün batar. -Tutaram. -Soyuq dəyər. -Qaçaram. -Bərk bükülüb. -Açaram. -Buz kimidi. -Qızdıraq. -Harda? -Qazda. -Yeyim, bax. 1980
SƏN BAĞIŞLADIN
Bəstəkar: Emin Sabitoğlu Mənə üfüq boyda geniş səmanı, göydə buludları, yerdə dumanı, dənizdə dalğanı sən bağışladın, bu hüsnü-mənanı sən bağışladın. Uzanan yolların dümağ sətrini, dünyanın ən gözəl çəmən ətrini qumlu sahillərdə sən bağışladın, o zərif əllərdə sən bağışladın. De, nədir səadət həyatda, gülüm, bir könül xoşluğu, bir az təbəssüm. Onu da, bunu da sən bağışladın, dünyanı dünyada sən bağışladın. 1978
Reklam
Kinoda iki yer boş qaldı bu gün, iki tamaşaçı azaldı bu gün. Getdik... ikimizi itirdi bağlar. Kinoya getmişdik, soruşacaqlar: desələr necəydi?.. De ki, qiyamət!! Desələr nə idi?.. De ki, məhəbbət! Düz desən qorxuram... axı, söz olar. Bu dəfəyalan de, qoy inansınlar. 1970
Bu dəfə bilmirəm nə olub sənə, gedibsən, qayıtmaq yadından çıxıb.
Sən məni bu qədər gözlətməmişdin, belə qoymamışdın gözümü yolda. Bu qədər özünü gizlətməmişdin, gizlənpaç oynayan vaxtımızda da. Hayana getsən də, dönmüşdün yenə, qayıdıb gəlmişdin mənsiz darıxıb. Bu dəfə bilmirəm nə olub sənə, gedibsən, qayıtmaq yadından çıxıb. Qalıb evimizdə palın-paltarın, tələsik gedəndə kimə deyibsən?! Qapının ağzında başmaq tayların, yolda ayağına bəs nə geyibsən?! Solub pianonun üstündə güllər, təzə pərdələri yandırıbdı gün. Sənin bişirdiyin o mürəbbələr içilib qurtarıb, hardasan özün?
SARA... SARA...
Ekranda müğənnilər - italyalı ər-arvad, bir mahnı oxuyurlar: "Sara... Sara" nəqərat! Mənim məhəbbətimi kimsə alıb qələmə, car çəkibdi aləmə.
Reklam
37 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.