İnsanın daxili gücü və azadlığı haqqında

Seçim

Edith Eger

Seçim Posts

You can find Seçim books, Seçim quotes and quotes, Seçim authors, Seçim reviews and reviews on 1000Kitap.
Sadəcə qucaqlanmaq üçün ağlamağa hazıram, lakin qucaqlayacaq kimsə yoxdur.
1. Ağrı var, sevgi də var. Həyat palitrasında kiçik uşaqlar bu iki çaları səhvsiz tapırlar. 2. Sağ qalmanın rəngi ağ-qaradır. Yaşamaq uğrunda mübarizə apararkən heç bir "amma"ya yer yoxdur. 3. Eyni əzablı yollardan keçəcəyiksə, yeni həyat nəyə gərəkdir?
Sayfa 122 - Qədim QalaKitabı okudu
"Bu, müvəqqətidir. Bu gün sağ qalsam, sabah azad olacağam."
1. Kimsə:"Qaz kamerasından qaçdıq, amma kartof qabığından öləcəyik",- deyir və biz gülürük. 2. Necə ölmək daha yaxşıdır- donaraq, yoxsa yanaraq? Qazdan, yoxsa güllədən? 3. O, sübut edir ki, on iki illik Hitler reyxi insandakı bütün yaxşılıqları məhv etmək üçün kifayət deyil. 4. Doğrudanmı, biz yüzlərlə mil yolu sırf yox olmaq üçün qət etmişik? 5. Kim bilir, bu ölülər nə vaxtdan ölüblər? Bəlkə də, onları məndən bir neçə nəfəs ayırır.
Sayfa 82 - Qədim Qala.Kitabı okudu
Reklam
I hissə: Həbsxana
Dəhşətin bizə nə öyrətdiyini seçə bilərik. Kədər və qorxu ucbatından qəzəbli birinə çevrilə bilərik. Ədavətkar, yaxud da uyuşuq birinə çevrilə bilərik. Ya da içimizdəki uşaqsayağı, canlı və hər şeylə maraqlanan bir parçaya, məsum hissəmizə tutuna bilərik.
Sayfa 81 - Qədim Qala NəşriyyatıKitabı okudu
Zaman sağaltmır. Məsələ zamanı necə sərf etməyimizdədir.
Sayfa 399
İnsanlara kömək etmək normaldır, köməyə ehtiyac duymaq da normaldır, lakin başqasının öz-özünə kömək etməsinə şərait yaratmaqla ona xeyir yerinə, zərər vermiş oluruq.
Sayfa 375
Keçmişi heç vaxt dəyişdirə bilmərəm. Ancaq xilas edə biləcəyim bir həyat var. Mənim həyatım. Hal-hazırda yaşadığım, bu qiymətli anda yaşadığım.
Sayfa 357
Reklam
Yaşaya bilmədiyimiz həyat necə də asanlıqla ucaltdığımız yeganə həyata çevrilir. Nəzarətin əlimizdə olduğunu, həmişə əlimizdə olduğunu, etməli olduğumuz və edə biləcəyimiz, deməli olduğumuz və deyə biləcəyimiz şeylərin gücə sahib olduğunu fikirləşirik. Bunları etsəydik və ya desəydik, ağrıları sağalda, əzabları silə, itkini bərpa edə biləcəyimizə inanırıq. Biz edə biləcəyimizi və ya etməli olduğumuzu düşündüyümüz seçimləri necə də asanlıqla ilahiləşdirə bilirik.
Sayfa 356
Sağaldıqca biz real və potensial mənliyimizi qəbul edirik. Azadlıq qəbuletmə ilə bqaşlayır.
Sayfa 344
Görürəm ki, keçmiş indini ləkələmir, indi keçmişi yüngülləşdirmir. Zaman vasitəçidir. Zaman yoldur, biz isə yolçu.
Sayfa 341
46 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.