Mirzə İbrahimovun həyat yoldaşı Sara xanımla yazışmaları (yazıçının arxivindən)

Sevgi Məktubları

Mirzə İbrahimov

Most Liked Sevgi Məktubları Quotes

You can find Most Liked Sevgi Məktubları quotes, most liked Sevgi Məktubları book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
İnsan keçirdiyi dəqiqələrin şirinliyini həsrət zamanlarında başa düşür, mənim Saram.
Sevgi Məktubları | Mirzə İbrahimov
Sən həmişə mənim qəlbimin içində yaşayırsan, əzizim.
Sayfa 11 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Pis nəfəs, iradəsizlik və ruhun pozğunluğu insanın ən böyük fəlakətidir. Dünyada ruhunu başqa birinə verənlərdən də rəzil və alçaq adam ola bilərmi? İstər kişi, istər qadın olsun, məncə birdir.
İnsan həyatı, doğurdan da, təmiz və böyükdür, əzəmətlidir, şirindir.
Nə etməli? İnsanın taleyi belədir. Böyükdən tutmuş kiçiyə qədər yer üzündə illüziyasız, özünü aldatmadan yaşayan bir adam yoxdur. Ancaq dərəcəsi var. Bəziləri tamamilə yalana qurşanıb yaşayır və onu özlərinə təbiət edirlər. Bəziləri özlərini aldadır və bunu ancaq müəyyən təsəlli və ya zövq alıncaya qədər davam etdirirlər. Ümumiyyətlə, bunsuz insanın istirahətini, ruhi sakitliyini təsəvvür etmək çətindir. Fikrət yaxşı deyib ki, Azmı bir şəfadır aldanmaq da...
Əziz Saram, ruhumda dərin bir həyəcan və rəğbət vardır. Axı elə anlar olur ki, insanın qəlbi yeni doğulmuş çocuq qəlbi kimi sadə və təmiz hisslərlə dolur, bir anlığa da olsa, bütün ağır ömrün buraxdığı qalıqlar onu tərk edir və o təbiətən özü kimi müqəddəs duyğularla çırpınır. Mənim ta uşaqlıq boyu yalnızlıqla, ruhun, qəlbin yalnızlığıyla keçən həyatım həmişə qəlbimdə bir dosta doğru meyil oyatmışdır. Elə bir yoldaş ki, o insanın ağır dəqiqələrinə dözsün. Onun bütün hisslərinə, düşüncələrinə şərik olsun, onunla ayrılmaz bir varlıq təşkil etsin.
16 öğeden 11 ile 16 arasındakiler gösteriliyor.