Mirzə İbrahimovun həyat yoldaşı Sara xanımla yazışmaları (yazıçının arxivindən)

Sevgi Məktubları

Mirzə İbrahimov

Comments and Reviews

See All
96 syf.
10/10 puan verdi
·
Liked
Sevgi haqda kitab oxuyan biri deyiləm, amma bu kitabı nədənsə oxumaq istədim, həm də sevgi mövzusunda olan kitablardan xarici yox, öz yerli kitablarımızı daha çox bəyənirəm, bunun səbəbin bilmirəm nədir, amma mənə bu mövzuda xarici süni kimi gəlir, yerli isə daha səmimi, ola bilər ki, elə xarici olduğu üçün yad gəlir deyədir. Bilməm nədəndir, amma keçmişin sevgiləri mənə daha çox saf və səmimi gəlir ( şablon kimi çıxsada həqiqətən elə gəlir mənə). Hər məktubun sonunda " sənin Mirzən" "sənin Saran" yazmaları, bir biriləri ilə nəzakətlə danışmaları, bir birilərinə sadiq qalmaları, bir birilərinə olan müraciət formaları, bir birilərinin qayğılarına qalmaları, bir birilərindən şirin utanmaları ( həyat yoldaşı olsalar belə) çooox qəşəng, şirindiiii. Ən çox bəyəndiyim cümlə isə: "Saf qəlb və yaxşı xəyal, bizi çox şeylərdən müdafiə edir."Mirzə Ibrahimov.
Sevgi Məktubları
Sevgi MəktublarıMirzə İbrahimov · Qanun Nəşriyyatı · 20215 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
Read in 5 hours
Sevgi Məktubları | Mirzə İbrahimov
Mənə görə bir yazarı, müəllifi ən yaxşı tanıma yolu onun özünün qələmə aldığı və ya onun haqqında yazılan xatirələrini oxumaqdır. Düzünü desəm, Mirzə İbrahimov önyarğılı olduğum yazar idi. Abituriyent vaxtından da xatırlayıram ki, onun həyat yaradıcılığı mənə çox da maraqlı gəlməmişdi. Yenidən qarşıma onunla bağlı kiçik həcmli də olsa kitab çıxdıqda fürsəti əldən verə bilmədim və kitabı oxumaq istədim. Adından göründüyü kimi kitab başdan-başa məktublardan ibarətdir. Həcminin az olmasına baxmayaraq oxucu məktubları oxuduqca ata, yoldaş, yeri gəldikdə bir övlad kimi Mirzə İbrahimovu tanıyır. İşlədiyi vəzifələr, dostları, xəstəliyi, ətrafında olan bitən hadisələrin bir qismi ilə burada tanış ola bilərik. Xüsusilə də, mənim üçün məktubların ən heyrətamiz hissəsi onun yoldaşı, özünün də qeyd etdiyi kimi könlünün baxtı Sara xanıma etdiyi müraciətlər idi. Onu özünün dostu, qəlbi, ruhu, ümidi, pənahı olaraq görür.
Sevgi Məktubları
Sevgi MəktublarıMirzə İbrahimov · Qanun Nəşriyyatı · 20215 okunma
96 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 5 days
Salamlar, əziz kitabsevərlər Bu gün Azərbaycan yaradıcıllığına məxsus kitablardan biri haqqında post paylaşacam. Fevral ayında bitirdiyim ikinci kitab Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük yazıçısı Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma ünvanladığı sevgi məktublarından ibarət "Sevgi məktubları" kitabı oldu. Kitabın adını daha öncə heç eşitməmişdim. Bir kitab mağazasında endirim zamanı diqqətimi çəkmişdi və o vaxt əldə etdim. Kitabı qısa müddətə oxuyub bitirmək olur və çox maraqlı alıntılar var. Hər kəsə xoş mütaliələr!
Sevgi Məktubları
Sevgi MəktublarıMirzə İbrahimov · Qanun Nəşriyyatı · 20215 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.