Mirzə İbrahimovun həyat yoldaşı Sara xanımla yazışmaları (yazıçının arxivindən)

Sevgi Məktubları

Mirzə İbrahimov

Sevgi Məktubları Posts

You can find Sevgi Məktubları books, Sevgi Məktubları quotes and quotes, Sevgi Məktubları authors, Sevgi Məktubları reviews and reviews on 1000Kitap.
Mən belə qənaətə gəlmişəm, vaxtı tutub saxlamayanda, o çox bərk qaçır və heç bir iz də buraxmır.
"Nakam məhəbbət" adlı bir hekayə başlamışam. Yenə təsəlli sənətdədir. Düşünərkən, yazarkən insan nə qədər yüngülləşir, ruhən rahat olur, həyəcanlar və iztirablar içərisində iradəsi qeyri-mümkün olan bir zövq və ləzzət duyur. Bunu ancaq pak və ilahi bir eşqin iztirabları və nəşəsilə müqayisə etmək olar, Saracan!
Reklam
Adam uzaqda olanda, ailə və məhəbbətin müqəddəsliyini elə böyük bir həsrətlə hiss edir.
İnsan keçirdiyi dəqiqələrin şirinliyini həsrət zamanlarında başa düşür, mənim Saram.
Nə etməli? İnsanın taleyi belədir. Böyükdən tutmuş kiçiyə qədər yer üzündə illüziyasız, özünü aldatmadan yaşayan bir adam yoxdur. Ancaq dərəcəsi var. Bəziləri tamamilə yalana qurşanıb yaşayır və onu özlərinə təbiət edirlər. Bəziləri özlərini aldadır və bunu ancaq müəyyən təsəlli və ya zövq alıncaya qədər davam etdirirlər. Ümumiyyətlə, bunsuz insanın istirahətini, ruhi sakitliyini təsəvvür etmək çətindir. Fikrət yaxşı deyib ki, Azmı bir şəfadır aldanmaq da...
Pis nəfəs, iradəsizlik və ruhun pozğunluğu insanın ən böyük fəlakətidir. Dünyada ruhunu başqa birinə verənlərdən də rəzil və alçaq adam ola bilərmi? İstər kişi, istər qadın olsun, məncə birdir.
Reklam
21 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.