Sevil Yorumları ve İncelemeleri

Sevil yorumları ve incelemelerini, Sevil kitabı hakkındaki okur görüşlerini , Sevil puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

910 üzerinden
109 Kişi · 19 İnceleme
96 syf.
8/10 puan verdi
·
25 saatte okudu
"Azərbaycan qadının azadlıq yolu"
Böyük Dramaturq Cəfər Cabbarlının "Sevil pyesində qoyduğu mövzu patriarxal sistemin tənqidi və qadın azadlığıdır. Sevil əri Balaşı özünə ərdən savayı ağa kimi görür, qadın kişinin kölgəsidir kimi fikirlərlə yaşayırdı. Təhsili və savadı olmadığından Gülüşün ona dediyi sözləri, verdiyi məsləhətləri anlamağa qabil deyildi. Öz zümrəsindən
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
96 syf.
·
Puan vermedi
·
12 saatte okudu
1928 dən bu günə...
Əsər sivilizasiyanın geriqalmışlığının, qadın- kişi bərabərsizliyinin tüğyan etdiyinin, təhsil və maariflənmənin önəmi üzərində düşünməyə sövq edir. Müəyyən məqama yüksəldikdən sonra ailəsini üz qarası olaraq görən kişi, cahilliyinə görə haqlarını bilməyən və özünü yalnızca ailəsi yolunda həsr edən qadın, inkişafa ayaq uydurmağa çalışarkən öz kökənindən ayrılmış insanlar, namus və əxlaqı yalnızca qadından gözləyən, onu sıxma- boğmaya salan toplum... Və ən əsası 1928 dən bu günə kimi belə əsas məsələlərin hələ də davam etməsi və həllini tapmaması... nəysə... Xoş mütaliələr
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
2 saatte okudu
Bu pyes 1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən ərsəyə gətirilmişdir. Həmin illərdə qadınların sıxışdırılmasına baxmayaraq, bu pyesin bir bəy yazar tərəfindən qələmə alınması mənə çox fərqli hisslər yaşatdı. Əsərdə qadınların çəkdiyi əzablardan, apardıqları mübarizələrdən, cəmiyyətdəki rolundan və ən əsası isə sonda qadının bütün bu təzyiqlərə qarşı çıxa biləcək gücdə olmasından bəhs edilir. Şəxsi fikrim olaraq, qadın-kişi ayrıseçkiliyi etməyi sevmirəm. Lakin, bir fərd olaraq qadının istəyib də edə bilməyəcəyi heçnə yoxdur. Sadəcə, Cəfər Cabbarlının da qələmə aldığı kimi “Qoç döyüşündə qoç dayanmalıdır”.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
96 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
1928-ci ildə özü də bir bəy tərəfindən yazılmış, həqiqətələru çılpaq bir şəkildə üzümüzə vuran pyes. Qadın azadlığı...Nə deməkdir axı bu qadın azadlığı?Kim izah etsin bizə.Namus deyəndə ağlına ancaq kəlməsini gətirən kişilərmi,yoxsa feminizm adından sui istifadə edən qadınlarmı?Niyə nə qədər inkişaf etsək də bu çox vacib bir məsələdə həddindən artıq cahillik.Bəlkə,cəmiyyətimizdə azadruhlu, özünə hörmət edən, sağlam düşüncəli, uğurlu və s.qadınların olması sərf etmir deyə bilə-bilə cahil qalmaq istəyirik... Çox şey demək istəyirəm, amma başlanğıcı olmayan fikirlərimin sonu da olmayacağına görə sözümü pyesdəki son dioloqla ilə bitirsəm yaxşıdır. -Sevil,sən hara gedirsən? +Sosializmə, fabrikə!Mən oradan gəlmişəm,oraya da gedirəm.Qadınların azadlıq yolu ancaq ordadır! Xoş mütaliələr.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
96 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Qadınların azadlıq yolu ancaq oradadır! Azərbaycanda qadın olmaq keçmiş əsrlərdən bəzi çox çətindir. Neçə neçə günahsız qadınlarımız namus adı altında həyatlarını itiriblər. Bu vəziyyət indidə davam edir. Fərq isə odur ki, keçmiş dövrlərdə buna qarşı çıxan Gülüşlər, Sevillər az idi. Sevildə əvvəl bu görüşlərə qarşı idi. Ancaq ərinin xəyanəti, ona qarşı olunan münasibət bunu dəyişdi. Öz ayaqları üstdə dayanmağı bacardı. Bütün qadınlarımızı belə güclü görmək çox xoş olardı...
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
Reklam
16 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.