Salam dost!
Əziz oxucu, yazdığım ilk kitabdı və inanıram uğurlu olar. Bu kitabda yazılan hekayə ilə birlikdə həm də mənim bəzi düşüncələrim əks olunub. Ola bilər ki, ilk yazdığım kitab üçün bir az ağır mövzular olacaq, ancaq inanıram ki, bu fikirlərə hörmətlə yanaşacaqsınız. Çünki aydındır ki, bu sadəcə bir kitabdır. Və bunu da sizlərə deməliyəm ki, bu kitab heç bir real hadisədən götürülməyib, həmçinin kitabın içindəki qısa hekayələr də mənə məxsusdur və tamamilə mənim xəyalımın məhsuludur. Kitabın yazılması prosesi müxtəlif şəhərlərdə, müxtəlif yerlərdə – nə az, nə çox – 2 il müddətində ərsəyə gəlmişdir və kitabda əsas üstünlük verdiyim məqam hekayənin sadə dildən mürəkkəbə doğru hissə-hissə adlamasıdır. Sizlərə hazırladığım bu əl işim, ümid varam ki, kitab rəflərinizdə tozlanmayacaq və tez-tez sizə yoldaşlıq edəcək. Mən bu yerdə sizlərdən ayrılıb sizi əsas qəhrəmanımızla tək buraxıram. Zövq almanız arzusu ilə. Başlayaq…