Şəfa Çantası

Qasım Qasımzadə
Tahmini Okuma Süresi:
9 dk.
Sayfa Sayısı:
5
Basım Tarihi:
1985
Yayınevi:
Gənclik Nəşriyyatı
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yazar Hakkında

Qasım QasımzadəYazar · 1 kitap
Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991) Həyatı Qasım Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olmuşdur. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləmişdir. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirmişdir (1945-1950). Eyni zamanda "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949) olmuşdur. "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953), baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçi (1954-1959), "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1957-1963) çalışmışdır. Yenidən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, ömrünün sonunadək burada baş elmi işçi (1963-1973) və sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1973-cü ildən). Ədəbi fəaliyyətə 20-ci əsrin 40-cı illərindən başlamışdır. Bu yaxınlarda şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş "İstiqbala səyahət", yaxud "Yerin övladı" (1946) başlıqlı poeması göstərir ki, Qasım Qasımzadə dünya elmi bədiiyyat poeziyasında ilkə imzasını atmış Azərbaycan şairidir. İlk mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. Şeirləri bir sıra xarici dillərə tərcümə edilmişdir. 1993-cü il iyulun 28-də vəfat etmişdir.