Səfəvi Şeyxi

Yunus Oğuz

About Səfəvi Şeyxi

Səfəvi Şeyxi subject, statistics, prices and more here.

About

Author:
Yunus Oğuz
Yunus Oğuz
Estimated Reading Time: 8 hrs. 32 min.Page Number: 301Publication Date: 2019Publisher: Olaylar İnformasiya Agentliyi MMC
ISBN: 9789952372182Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak
Reklam

About the Author

Yunus Oğuz
Yunus OğuzYazar · 3 books
Yunus Oğuz 1960-cı il iyulun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978–1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979–1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. 2009-cu ildə Nadir şah romanı Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Qızıl kəlmə mükafatının Şans ödülünə layiq görülüb. 2010-cu ildə "Nadir şah", "Təhmasib şah", "Attila" və "Qədim türklər və passionarlıq nəzəriyyəsi" Türkiyə türkcəsinə çevrilib və bu ölkədə böyük tirajla nəşr olunub. "Nadir şah" romanı 2010-cu ildə ingilis dilində Londonda işıq üzü görüb. "Türkün tarixinə yeni bir baxış" kitabı 2008-ci ildə Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi çap olunub. 2011-ci ildə yenə Təhsil Nazirliyinin qərarı ilə "Nadir şah" və "Təhmasib şah" tarixi romanları sinifdənxaric oxu ədəbiyyatı kimi sifariş edilib və çapdan çıxıb. "Nadir şah" dörd dəfə, "Təhmasib şah" isə üç dəfə yenidən nəşr olunub. "Nadir şah" 2015-ci ildə Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. 2011-ci ildə Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə "Qədim türklər və passionarlıq nəzəriyyəsi L. N. Qumilyovun tədqiqatlarında" adlı elmi kitabı işıq üzü görüb və TN-i tərəfindən dərs vəsaiti kimi çap olunub. Bu kitab eyni zamanda 2012-ci ildə İstanbulda nəşr olunub. 2011–2012-ci illərdə iki cildlik "Əmir Teymur – zirvəyə doğru" və "Əmir Teymur — dünyanın hakimi" tarixi romanı dərc olunub. Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən dərsdənkənar oxu ədəbiyyatı kimi təkrar nəşr olunub. Əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib. Bütövlükdə 22 ölkədə 47 kitabı dərc olunub. Kitabları haqqında üç monoqrafiya yazılıb.