"Şəhriyar" əsəri XVIII əsr Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələrindəndir. Mövzusu folklordan alan ədib onu özünəməxsus bir şəkildə işləmiş, ideya- bədii keyfiyyətlərinə görə orijinal və kamil bir səsər kimi yaratmışdır. Bu əsərdə sevgi, mənəvi ucalıq, insansevərlik, etibar, dostluq, sədaqət kimi hislər təbliğ edilir, bədxahlıq, zülm, şər, ictimai ədalətsizliklər pislənir.