İllər öncə oxusam da duyğusal mövzusuyla ağlımdan çıxmayan o minik kitab.
Kitabda yoxsulluq, duyğuların həyatımızdakı rolu, irqçilik kimi mövzular yer alır.
Hadisələr Californiyada cərəyan edir.
Lennie və Corc adlı iki ən yaxşı dostun mənfəətsiz ( çıkarsız) dostluğundan bəhs edən bir kitabdır. Lennie iri bədənli,gözəl, əqli cəhətdən zəif, təmiz qəlbli bir insan, Corc isə qısaboylu, ağıllı bir insandır. Daim gəzib-dolaşır və həyatlarını davam etdirmək üçün tarlada nə tapırsa edirlər.Onlar üçün həyat, qalmaq üçün bir yer və doymaq üçün işləməkdən ibarətdir. Onun uşaq zehni və yumşaq şeylərə marağı başına bəlalar gətirir. Sevmək istəyir, uşaq ağlı və saflığı ilə sevdiyi halda, canlılara zərər verir. Sevib incidərək öldürür. Lennie dovşanlara aludə olur və onlara böyük maraq göstərir. O, Corcuya davamlı olaraq dovşan ferması almaq arzusundan danışır.Və həmin ferma iki dostun taleyini dəyişir.O, ferma sahibinin arvadını istəmədən sevərkən boynunu qırır və onun ölümünə səbəb olur.Və sırf yaxın dostunu qorumaq üçün Onun yaralanmasına imkan verməyən Corc tapança ilə Lenninin boynunu vurur.Hekayəmiz onun güllələnməsi ilə bitir.Oxudum məmnuniyyətlə.Unutmayaq ki, əqli qüsurlu insanların da yaşamaq haqqı var. Onları linçləmədən, xor görmədən humanist duyğularla devib sahib çıxmalıyıq.
Diqqətimi çəkən əsas hissələrdən biri də qaradərili obrazın gördüyü münasibət və vəziyyətin incəliklə vurğulanmasıdır.
Təbii ki, tövsiyyə edirəm oxumağı. Bir necə saata bitirə bilərsiz.
Xoş mütaliələr