Siçanlar və Adamlar

John Steinbeck

Siçanlar və Adamlar Reviews

You can find Siçanlar və Adamlar reviews, Siçanlar və Adamlar book reviews, Siçanlar və Adamlar ratings on 1000Kitap.

Score

8.6Out of 10
41.7k People · 5212 Review
128 syf.
8/10 puan verdi
·
Liked
Siçanlar və Adamlar
Siçanlar və Adamlar
Con Steynbek
Con Steynbek
Asan-asan təsirindən çıxa bilməyəcəyiniz bir əsərdir. Əsər olduqca maraqlıdır, amma mənim üçün ən maraqlı məqam Corc və Lenni'nin xarakterləri idi.Xəyalların bir insan həyatında nə qədər əhəmiyyətli olduğunu da görmək olur əsərdən. Onları bir-birinə bağlayan da, gələcəyə,həyata bağlayan da xəyalları idi. Məhz, insanın bir xəyalı olanda, bir amal uğrunda yaşayanda həyat daha mənalı olur. "Hər insan öldürər sevdiyini ",- deyirlər ha, bu məqamda isə fərqlənirlər. Lenni bilmədən öldürür sevdiklərini, Corc isə bilərəkdən. (Və bəzən də, ən sevdiyiniz insanların sonu sizin əlinizdən olar, onları daha pisindən qorumaq üçün)
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 0173.1k okunma
128 syf.
9/10 puan verdi
Bu kitabı uzun zamandır oxumaq istəyirdim.Onsuz da kimdən soruşsaz ya kitabı oxuyub, ya da oxuyacaqları sırasındadır. Əsərdə irqçilikdən,ayrıseçkilikdən,dostluqdan və.s bəhs olunur.Dürüst olacam kitabdan gözləntilərim çox fərqli idi, amma yenə də oxuduğum üçün peşman deyiləm.Əsərdə sanki çatdırılmaq istənilən fikirlər şifrələnib, bunun üçün məni çox düşündürdü. Kölinin arvadının insanları yolundan azdırmağa çalışan insanları təmsil etdiyini düşünürəm.Qırmızı rəngli paltarının olması isə şeytanı təmsil etdiyini göstərir.Lenni çox pis işlər görməsinə rəğmən hər dəfəsində içimizdə ona qarşı mərhəmət hissi yaranır və onu bağışlayırıq, bunu çox sorğuladım, ancaq bir nəticəyə çata bilmədim.Corc sonda onu özü öldürür, çünki əgər yaşamağa davam etsə, başına daha pis hadisələrin gələcəyini bilirdi.Əsərdə məni ən çox təsirləndirən,həmçinin kədərləndirən Corcun səbri idi.Bəzən biz öz sevdiklərimizə qarşı çox səbrsiz,çox qəddar ola bilirik və onları incidirik.Corcun səbri sözün əsl mənasında məni heyran etdi.Lenni hər dəfəsində təkrar-təkrar eyni sulları verir və Corc hər dəfəsində ona eyni sakinliklə cavab verir. Kaş biz də Corc kimi ola bilsək…
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 0173.1k okunma
Reklam
144 syf.
9/10 puan verdi
·
Read in 3 days
mütləq oxunacaq olan kitablardan biri
Bir kitab düşünün. Böyük depressiya dövründə yazılsın. Bir-birinə zidd olan iki anlayışdan bəhs olunsun. Dostluq və faciə kimi. Və oxuyucular tərəfindən böyük rəğbət qazansın. Bəli, bu
John Steinbeck
John Steinbeck
Siçanlar və Adamlar
Siçanlar və Adamlar
kitabıdır.
Siçanlar və Adamlar
Siçanlar və Adamlar
Corc və Lenni adında bir-birindən hər cəhətdən tamam fərqli olan iki dostun hekayəsindən bəhs edən bir əsərdir. Lenni
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 0173.1k okunma
128 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
Təkrar-təkrar oxuna biləcək bir kitabdır. Əlbəttə Lenni üçün darıxanlar olacaq. Xəyallarımız Lenninin dünyası qədər saf təmiz olmalıdır. Dovşanlarımızı da yemləməyi unutmayaq :)
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 0173.1k okunma
·
Not rated
John Steinbeckin oxuduğum ilk kitabı olsa da, təhlilini yazdığım 2-ci əsərdi. Bəlkə də, ədəbiyyatda ən gözəl əsər deyil, yaxud Steinbeckin ən yaxşı əsəri deyil, amma mənim üçün xüsusi yeri var bu kitabın, təsirindən uzun müddət çıxmadığım, hüzünlü sonluğa malik əsərlərdəndi. Ilk oxuduğumda əsəri çox sevmiş və Steinbeckin qələmini bəyənmişdim. Bu
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 0173.1k okunma
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.