0/10
0 Kişi
1
Okunma
Beğeni
194
Görüntülenme
276 sayfa
Reklam

Yazar Hakkında

Cəmil Əlibəyov
Cəmil ƏlibəyovYazar · 1 kitap
Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdir. C.Əlibəyov bədii yaradıcılığa "Azərbaycan gəncləri"ndə işləyərkən başlamışdır. Azərbaycan jurnalistlər, yazıçılar və kinematoqrafçılar ittifaqlarının üzvüdür. SSRİ-də yayılmış "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanlarının, "Qayaların göz yaşı" povestinin (bunlar Moskvada "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilmişdir) müəllifidir. Azərbaycanda həmin romnlarla yanaşı "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestləri çap olunmuşdur. Bir neçə pyesin, senarinin, publisist kitabın müəllifidir. "Gülüstanda qətl" pyesi Azərbayacan Milli Akademik Dram Teatrında tamaşaya qoyulmuşdu. Ümumiyyətlə, 40-dan çox bədii əsərin müəllifidir. C.Əlibəyov qələm və foto aparatı ilə dörd qitənin ölkələrini səyahət etmiş, ABŞ-dan, Türkiyədən, Rusiyadan (Sibirdən), Avstriyadan, İrandan və b. ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanmışdır. C. Əlibəyov yüksək hökumət mükafatlarına – orden, medal, fərmanlara layiq görülmüşdür. O, on il ərzində "Azərbaycanfilm" kinostudiyasının direktoru işləmişdir. Bu müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilmiş, ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülmüşdür. "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilmişdir.
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.