Əsir Düşərgəsi

Vüsalə Məmmədova

By Number of Pages Əsir Düşərgəsi Quotes

You can find By Number Of Pages Əsir Düşərgəsi quotes, by number of pages Əsir Düşərgəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Müəllifdən
"Əsir düşərgəsi" layihəsi çərçivəsində yayımlanan hekayələrdə yalnız həmsöhbətlərimin yazılmasına icazə verdiklərini oxuyacaqsınız... İçimizə əmanət etdiyimiz təfərrüatlar isə, onlara söz verdiyim kimi, biz həyatda olmayandan sonra dərc olunacaq...
Mən ölkəmin onminlərlə vətəndaşı kimi müharibə uşağıyam. Biz güllə səsi ilə, bomba altında, zirzəmilərdə, sığınacaqlarda böyü- müşük. Qulaqlarımız layla yerinə atəş səsi eşidib. Riyaziyyatı şəhərə yağan bombaları hesablayaraq, ana dilini axan qanlara deyilən ağılarla öyrənmişik...
Reklam
Həmsöhbətlərimin pıçıltı ilə danışdıqları yaddaşıma güllə kimi sancılıb..
- Siz də atasınız, yəqin ki, övladınız var... Bayaqdan əmr verən adam əsgərlərə döndü: - Türk düz deyir, biz də atayıq! Oğulun bir qafqazlılar üçün nə demək olduğunu yaxşı bilirik. Qoy dəfn eləsin! Əsirlikdə onu gözləyən işgəncələrin heç biri övladını öz əlləri ilə dəfn eləmək qədər əzablı olmayacaq! Əllərini açın, nəzarət edin, oğlunu basdırsın. Get, türk, get oğlunu dəfn elə. İcazə veririk...
-Türk düz deyir,biz də atayıq!Oğulun biz qafqazlılar üçün nə demək olduğunu yaxşı bilirik.Qoy dəfn eləsin!Əsirlikdə onu gözləyən işgəncələrin heç biri övladını öz əlləri ilə dəfn eləmək qədər əzablı olmayacaq!Düşməndən belə intiqam almağı əldən vermək olmaz!Əllərini açın,nəzarət edin,oğlunu basdırsın.Get,türk ,get oğlunu dəfn elə.İcazə veririk.
Bu hekayəti yer üzündəki bütün məkrli müharibələrin məsum qurbanlarının-körpələrin xatirəsinə ithaf edirəm
Reklam
İnsan Yaradanla danışarkən,üzünü səmaya tutar.Xəqaninin göy üzünə ünvanladığı sualları eşidilməz və cavabsız qalırdı-axı allahlar uşaqların can verdiyi yerlərdən çox-çox uzaqlarda olurlar...
Ağdam elə yanırdı ki,şəhərdə istidən nəfəs almaq mümkün deyildi...
Onun sualları yalnız alça ağacının budaqlarını diksindirirdi.Ağac da kədərlə yarpaqlarını xışıldadıb susurdu:daha onun çiçəklənməsini heç kim gözləməyəcək,budaqlarını kimsə sındırmayacaq,meyvələri yetişməmiş kimsə yolub cibinə doldurmayacaqdı...Onun barı daha heç kimə lazım deyildi...
Qadınlardan biri dəhlizdə Xəqaniyə bərk-bərk tapşırmışdı: -Dişlərin qızıldır,ağzını açıb danışma!Nə soruşsalar,səsini çıxartma!Yoxsa görən kimi tutub çəkəcəklər...
59 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.