Əsir Düşərgəsi

Vüsalə Məmmədova

Əsir Düşərgəsi Quotes

You can find Əsir Düşərgəsi quotes, Əsir Düşərgəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Kişilər ən çox darda olan qadınlarına "Qorxma, mən yanındayam!" deyə bilməyəndə sınır.
Müharibələrin mövcud olduğu dünyada ana olmaq nəyə gərəkdir axı...
Sayfa 116Kitabı okudu
Reklam
"Dünyanın işinə bax. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 80 minlik qoşunla Şuşanı ala bilmədi. Yalnız iki ildən sonra İbrahimxəlil xanın xəyanəti nəticəsində şəhəri ələ keçirə bildi, onda da gecə ilə başı kəsildi. Amma bir cüt dığa şahın iki ildə yenə bilmədiyi Şuşanı vur-tut cəmi iki saata işğal etdi. Belə olmamalı idi..."
- Bax, balaca küçük, indi səni aparıb, bizim postu keçirəcəyəm. Ondan sonra isə buraxacağam, özün gedəcəksən, gedə biləcəksən? İlhamə çiyinlərini çəkdi. - Qorxma, mən bizim postu ötürən kimi qaçıb gedərsən, səni qarşılayacaqlar. Türklər nə qədər vəhşi olsalar da, sənə heç nə eləməzlər. Çünki öz zibillərisən! Hə, nə deyirsən, gedə bilərsən? Təlaş və tərəddüd hissləri birləşib qızcığazın ruhunu bürüsə də, cəmi bir neçə yüz metr aralıda azadlıq onu çağırırdı. Cəmi bir neçə yüz metr qaçacaqdı. Gözləri parladı, xoşbəxtcəsinə çiynini adamın əlinin altından çıxarıb irəliyə addımladı. İkinci addımı atmışdı ki, açılan atəş onun ayaqlarını yerə mıxladı. İlhaməni donduran bu "atəş" arxadan eşitdiyi sözlər idi: - Ancaq yollar minalanıb! Ayağını üstünə bassan, partlayacaq! Qorxma, ölməyəcəksən! Yadında saxla, balaca küçüklər heç vaxt ölmür! Amma ayaqların qopub, səndən uzağa düşəcək. O qədər uzağa ki, əllərin onu götürüb yerinə yapışdırmağa çatmayacaq!
Sayfa 225Kitabı okudu
Xan qızı Natavanın 1848-ci ildə tikdirdiyi Şuşa həbsxanası hələ Rusiya imperiyası zamanında, elə sonradan sovet hakimiyyəti dövründə ən dəhşətli məhbəslərdən hesab olunurdu. 350 məhbusun cəza çəkməsi üçün nəzərdə tutulan həbsxanada ermənilərin rəhbərlik etdiyi dövrlərdə məhbuslar üçün ağlagəlməz işgəncə metodları düşünülmüşdü. Məsələn, divarda xüsusi hazırlanan tabut formalı dəmir siyirmələr var imiş. Məhkumun əl-qolunu bağlayıb qutuya uzadır, divarın içinə itələyirmişlər. İnsan eyni ilə məzar kimi - soyuq, dar, qaranlıq, havasız məkanda saatlarla qalmalı olurmuş. Üstəlik, üstündən sağa-sola keçən, məhkumu didişdirən, ac siçovullar...
Sayfa 185Kitabı okudu
Bu müharibə çox evlər yıxdı, çoxlarını nakam qoydu, çox arzuları, ümidləri puça çıxartdı...
Sayfa 138Kitabı okudu
Reklam
Kəlbəcəri görmədən "təbiətə məftun oldum" deyənlərlə razılaşmıram. Murovdağın başında bir udum havanı ciyərlərinizə çəkən kimi təbiətin nə demək olduğunu görəcəksiniz...
Sayfa 151Kitabı okudu
- Qoşqar yazığın bədənində, üzündə, dilində dəfələrlə siqaret söndürüblər. O günlərin izləri bu günə qədər də bədənində qalır. Girovluqdan qayıdandan sonra düz bir il qohumlara yalvarıb, onu döymələrini istəyirdi. Bədəni, ruhu hər gün amansız işgəncələrə, zərbələrə elə alışmışdı ki, "döyülmədən dayana bilmirəm" deyirdi.
Sayfa 232Kitabı okudu
Artıq doqquz ay idi ki, əsir olan İlham ermənilərlə çox tez dil tapa bilmiş, əməkdaşlığa başlamışdı. Elə buna görə də 23 yaşlı gənci azərbaycanlı əsirlərə başçı təyin etmişdilər. İlham əsirlərə hədə-qorxu gəlir, onlara ağlagəlməz işgəncələr verir, bəzi hallarda isə bir-biri ilə cinsi əlaqəyə girməyə məcbur edirdi. Bu amansız işgəncələrin nəticəsində bir əsir hətta ölmüş, digəri isə görmə qabiliyyətini itirmişdi...
Kaş öləydim... Əsirlikdə on il yaşamaqdansa.. Azadlıqda 10 dəqiqə yaşamaq yaxşıdır...
Reklam
Ağır xəstə olduğu üçün yataqdan qalxa bilməyən yaşlı sakinlərin ikisi israrla yanlarında qalmaq istəyən övladlarını bu hüznlü köçə qoşulmağa məcbur etdi. Qarının da, kişinin də övladları onları yataqlarında qoyub, üzlərindən öpüb, halallıq aldılar. Bu, yer üzündəki ən kədərli vidalaşma idi...
Sayfa 162Kitabı okudu
Elbrus qarşısında dayanan kapitana baxdı. Bu, 1986-cı ildə Xankəndidə dişini çəkdirdiyi Valerik həkim idi. O vaxt hətta tanışlıqlarını süfrə arxasında qeyd etmişdilər. Valerik Elbrusu tanıması haqda heç kimə heç nə demədi, amma öldürülməyinə də icazə vermədi. Valerikin maşınına minəndə Elbrus onu ölümün ağzından alan kapitanla nə zamansa bir süfrə arxasında oturduğu günü xatırladı: "Düşmən olanda nə olar, hamısı pis deyil ki... Aralarında insan olanı da var. Bir süfrədə kəsilən çörəyi unutmayanı da var. Altı il əvvəl haradan ağlıma gələrdi ki, gün gələcək, bu çörək məni ölümdən xilas edəcək... Deməli, lap düşmənlə də olsa, kəsilən çörək hеҫ vaxt itmir..." Bir zamanların peşə məktəbi, indinin isə hərbi qərargahı olan binaya çatanda, Valerik maşından düşüb hərbçilərə tapşırıq verdi: Maşındakı türkün necə lazımdırsa, qullugunda dayanın. Biz nə zаmansa çörək kəsmişik. Elə edin ki, bir süfrə arxasında yediyimiz çörək onun gözündən tikə-tikə gәlsin. Elbrusu sürüyüb atdıqları zirzəmidə o qədər döyür, incidir, işgəncə verirdilər ki, öz-özlüyündə müəyуən edə bilmirdi: diş həkimi onu ölümdən xilas etməklə yaxşılıq edib, yоxsa?.. Bəlkә, elə o divarın yanında güllələnib, qanının o biri soydaşlarının qanına qarışması daha yaxşı ölüm idi, nəinki burada...
Əsirləri döyməyə yaralarından təpikləyərək başlayırdılar...
Müəllifdən
"Əsir düşərgəsi" layihəsi çərçivəsində yayımlanan hekayələrdə yalnız həmsöhbətlərimin yazılmasına icazə verdiklərini oxuyacaqsınız... İçimizə əmanət etdiyimiz təfərrüatlar isə, onlara söz verdiyim kimi, biz həyatda olmayandan sonra dərc olunacaq...
Ağsaqqal bir adamın ailəsindən, uşaqlarından kənarda, girovluqda soyuducuda saxlanılıb, döyülüb, sonra şişib həyatla vidalaşması çox acınacaqlı ölüm idi... Hamını eyni aqibət gözləsə də, ölümlər fərqli olur. Amma yer üzündəki bütün əsirlərin ölümü öz qorxuncluğu və talesizliyi ilə eyni dərəcədə dəhşətlidir.
Sayfa 187Kitabı okudu
112 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.