Əsir Düşərgəsi

Vüsalə Məmmədova

Most Liked Əsir Düşərgəsi Quotes

You can find Most Liked Əsir Düşərgəsi quotes, most liked Əsir Düşərgəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bu müharibə çox evlər yıxdı, çoxlarını nakam qoydu, çox arzuları, ümidləri puça çıxartdı...
Sayfa 138Kitabı okudu
- Nə gündə imişsən. Tez ol, geyin, dəllək çağırmışam, gəlib. Məcnuna oxşayırsan, saç-saqqalını qaydaya salsın. Qapıdan girən səni belə görsə, qorxudan dili tutular... Elbrus təəccübləndi: "Əcəb ermənidir! Məcnunu da tanıyır..."
Sayfa 101Kitabı okudu
Reklam
"Dünyanın işinə bax. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 80 minlik qoşunla Şuşanı ala bilmədi. Yalnız iki ildən sonra İbrahimxəlil xanın xəyanəti nəticəsində şəhəri ələ keçirə bildi, onda da gecə ilə başı kəsildi. Amma bir cüt dığa şahın iki ildə yenə bilmədiyi Şuşanı vur-tut cəmi iki saata işğal etdi. Belə olmamalı idi..."
Palatanın qapısı səhər girovlara bir dilim çörəklə bir stəkan su veriləndə açılırdı. Bir də sərxoş erməni yaraqlıları onlara qonaq gələndə. Hər dəfə əllərində gətirdikləri pivə butulkası ilə yaralı girova yaxınlaşıb, bir-biri ilə bəhsə girirdilər: - Butulkanı bu türkün başında iyirmi dəfəyə qıraram... - Yox, türkün başı bərk olur. Otuz dəfəyə qırılar. Mübahisə bəzən uzanır, bəzənsə elə o dəqiqə işə başlayırdılar. Durmadan butulkanı girovun başına çırpır, başları partlayır, qan fışqırır, onlar isə zərbələri sayır, butulkanın haçan sınacağını gözləyirdilər...
Sayfa 169Kitabı okudu
Xəqani on gün dirrikdə işləyəndən sonra onu Şuşa həbsxanasına gətirdilər. Burada gördüyü ilk mənzərədən dəhşətə gəldi. Xankəndidə girovlar Şuşa həbsxanası haqqında çox qorxunc şeylər danışmışdılar. Buranın necə işgəncə mərkəzi olduğundan xəbərdar idi, amma bu qədərini təsəvvür etmirdi. İndi Xəqaninin gördüyü səhnə bu idi: bir neçə kişi vedrələrlə su daşıyıb həyətin qanını yuyub təmizləyirdi, girovlar döyülərkən yerdə qan gölməçəsi yaranmışdı...
Valideynləri Vüqarın qoluna "Oğul..." deyib, dəfn etdilər. Onlar tabutda oğullarından bircə qol qaldığını heç vaxt bilməyəcəkdilər...
Sayfa 147Kitabı okudu
Reklam
112 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.