Əsir Düşərgəsi

Vüsalə Məmmədova

Oldest Əsir Düşərgəsi Quotes

You can find Oldest Əsir Düşərgəsi quotes, oldest Əsir Düşərgəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Yazarsan ki, 85 yaşlı bir qarı Kəlbəcərin havasını udmaq üçün hər il dərd əlindən dağa çıxır, deyirlər bəxtəvər yaylağa çıxıb.
Sayfa 213Kitabı okudu
İlk dəfə onda düşündüm ki, müharibələrin mövcud olduğu dünyada ana olmaq nəyə gərəkdir axı..
Sayfa 116Kitabı okudu
Reklam
Müəllifdən
"Əsir düşərgəsi" layihəsi çərçivəsində yayımlanan hekayələrdə yalnız həmsöhbətlərimin yazılmasına icazə verdiklərini oxuyacaqsınız... İçimizə əmanət etdiyimiz təfərrüatlar isə, onlara söz verdiyim kimi, biz həyatda olmayandan sonra dərc olunacaq...
- Siz də atasınız, yəqin ki, övladınız var... Bayaqdan əmr verən adam əsgərlərə döndü: - Türk düz deyir, biz də atayıq! Oğulun bir qafqazlılar üçün nə demək olduğunu yaxşı bilirik. Qoy dəfn eləsin! Əsirlikdə onu gözləyən işgəncələrin heç biri övladını öz əlləri ilə dəfn eləmək qədər əzablı olmayacaq! Əllərini açın, nəzarət edin, oğlunu basdırsın. Get, türk, get oğlunu dəfn elə. İcazə veririk...
Kaş öləydim... Əsirlikdə on il yaşamaqdansa.. Azadlıqda 10 dəqiqə yaşamaq yaxşıdır...
Xəqani on gün dirrikdə işləyəndən sonra onu Şuşa həbsxanasına gətirdilər. Burada gördüyü ilk mənzərədən dəhşətə gəldi. Xankəndidə girovlar Şuşa həbsxanası haqqında çox qorxunc şeylər danışmışdılar. Buranın necə işgəncə mərkəzi olduğundan xəbərdar idi, amma bu qədərini təsəvvür etmirdi. İndi Xəqaninin gördüyü səhnə bu idi: bir neçə kişi vedrələrlə su daşıyıb həyətin qanını yuyub təmizləyirdi, girovlar döyülərkən yerdə qan gölməçəsi yaranmışdı...
Reklam
112 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.