Əsir Düşərgəsi

Vüsalə Məmmədova

Əsir Düşərgəsi Quotes

You can find Əsir Düşərgəsi quotes, Əsir Düşərgəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Ölümünə bir neçə addım qalmış gəncin içində geri çevrilib səmanı, ağacları, qarı, müharibələrin məhv etdiyi bu dünyanı bir də seyr etmək arzusu baş qaldırdı. Hələ onun həyatında geri dönüb baxacağı heç nəyi, heç kimi yox idi. O özündən sonra qoya biləcəyi heç nə yaşamamışdı. Bütün həyatı hələ qabaqda idi. İndi isə ondan qabaqda, bir neçə addım irəlidə neçə-neçə gəncin son ünvanı olan qanlı divar var idi."
TEAS Press Nəşriyyat eviKitabı okudu
"Aramızda böyüməyən təkcə Şövqinin qolu deyil. Zatən biz - müharibə uşaqları heç birimiz böyümədik. Uşaq da ola bilmədik... Buna görə də Şövqinin sol qolu mənim üçün müharibə uşağının simvoludur... Bizim hamımızın - kiminin içində, kiminin də dışında böyüməyən bir hissəmiz var..."
TEAS Press Nəşriyyat eviKitabı okudu
Reklam
"Bütün bunlar çox ağırdır. Hər gün bir azını yaddaşımdan silməyə çalışıram, amma alınmır. Axı mən hələ də o günlərin nişanəsini özümlə gəzdirirəm... Sol tərəfimdə... Düz ürəyimdən asılıb o günlərin nişanəsi..."
TEAS Press Nəşriyyat eviKitabı okudu
"Soyuqdan donan barmaqlarım dumanda itmişdi. Eynilə o torpaqlar kimi..."
TEAS Press Nəşriyyat eviKitabı okudu
"Əsirlik xatirələri çox acıdır."
TEAS Press Nəşriyyat eviKitabı okudu
Məktubun sonuna yaxınlaşdıqca Səmanın xətti kiçilir, sözlər sıxlaşır, sətirlər bir-birinə yaxınlaşırdı... Kim bilir, o kiçik məktuba daha nələri, nələri yazıb sığışdırmaq istəyirdi...
Sayfa 142Kitabı okudu
Reklam
112 öğeden 61 ile 70 arasındakiler gösteriliyor.