Əsir Düşərgəsi

Vüsalə Məmmədova

Əsir Düşərgəsi Quotes

You can find Əsir Düşərgəsi quotes, Əsir Düşərgəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Dumanın içində bir parçamızı bir addımlığımızda itirdiyimizi heç vaxt olmadığı qədər dərindən duyurdum..."
TEAS Press Nəşriyyat eviKitabı okudu
"Qar dənələri əsirlərin açıq yaralarına toxunur, hisslərini çoxdan unutmuş ümidsiz insanlara sanki sığal çəkirdi."
TEAS Press Nəşriyyat eviKitabı okudu
Reklam
"Düzəni pozulmuş, hüzuru qaçmış insanların canını heç günəş də isitmirdi."
TEAS Press Nəşriyyat eviKitabı okudu
"Yer üzündəki bütün müharibələrə nifrət etmək üçün ürəyin nə qədər kiçik olduğunun fərqinə varırsan."
Gözünü aç, oğlum! Nə olsun müharibədir, nə olsun əsirlikdəyik, axı bala atasının qucağında ölməz... Ölüm biz yaşlılarındır, 20 yaşında da oğul ölərmi?!
İnsan Yaradanla danışarkən,üzünü səmaya tutar.Xəqaninin göy üzünə ünvanladığı sualları eşidilməz və cavabsız qalırdı-axı allahlar uşaqların can verdiyi yerlərdən çox-çox uzaqlarda olurlar...
Reklam
Həmsöhbətlərimin pıçıltı ilə danışdıqları yaddaşıma güllə kimi sancılıb..
Yaz ötmüş, yay keçmişdi. Payız mehi onsuz da əzabları bitib-tükənmək bilməyən əsirlərin bədəninə toxunub, tənhalıqlarını bir daha yadlarına salmaqda idi. Bu meh əsirlərin bədənini elektrik cərəyanı kimi hər dəfə saranda, onlar qarşıdan qurtarmaq bilməyən uzun, soyuq və məşəqqətli qışın gəldiyini xatırlayır, təbiətin bütün fəsillərinin ən azı iki adamlıq olduğunu düşünürdülər. Bu yer üzündə tənhalara yer yox idi...
.. Kəlbəcərə sarı boylananda, gecənin qaranlığında səmada ulduz kimi parlayan güllələri görürdü. Kənd ağsaqqalları dedi ki, düşmən gülləsindən ölüncə, elə qurda-quşa yem olmaq yaxşıdır. Onsuz da başqa yolumuz yoxdur, gedək...
İşğaldan qurtulmuş torpağın üzərində yeriməyin verdiyi fəxarət hissi heç nə ilə əvəz oluna bilməyən əsrarəngiz bir duyğudur. Qürurla, xəcalət çəkmədən addımlaya bilirsən...
112 öğeden 71 ile 80 arasındakiler gösteriliyor.