Əsir Düşərgəsi

Vüsalə Məmmədova

Əsir Düşərgəsi Quotes

You can find Əsir Düşərgəsi quotes, Əsir Düşərgəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Kim deyir ki, illər dərdi unutdurur? Əksinə, illər keçdikcə yaramız da dərinləşir, ağrısı-acısı artır."
TEAS Press Nəşriyyat eviKitabı okudu
Özümü bir anlığa günəşin yerinə qoyub, yer üzünü seyr etmək istəyirdim: görəsən, müharibələr hiss olunurmu? Ölümlər görünürmü? Görünürsə, bəs onda günəş hər səhər şəfəqlərini hansı ərklə, hansı haqla üzümüzə saça bilir?
Reklam
Məndən "səadətə toxunmaq, onu sığallayıb oxşamaq necə olur?" deyə soruşsalar, "bu, bir körpənin toppuş əllərini ovucunun içində tutmaqdır" deyə cavab verərəm. O beşguşəli yumşaq əllər mənim üçün o qədər sehrlidir ki, bərk sıxmağa ürək eləmirəm. Körpələrin də həmişə yanaqlarından yox, biləklərindən öpürəm.
Zatən biz - müharibə uşaqları heç birimiz böyümədik. Uşaq da ola bilmədik... Bizim hamımızın - kiminin içində, kiminin də dışında böyüməyən bir hissəmiz var.
"Məktubları bu yaxında yandırdım, saxlayırdım hamısını. Nahaq da yandırdım. Adam əvvəl elə bilir ki, məktubları yandırsa, yaddaşında qalanlar da onunla birlikdə yanıb kül olacaq. Amma yandırandan sonra görürsən ki, yox, o günləri yaddaşımızdan heç nə siləsi deyil. Bəzən anidən duyduğun bir qorxu belə səni qəfildən o illərə aparır..."
Ermənistan Aida Serboyanı- əsirlikdəki uşaqları şikəst edən tibb bacısını- “hərbi xidmətlərə görə” medalları, 2011-ci ildə isə “İgidliyə görə” medalı ilə təltif edib.
Reklam
112 öğeden 81 ile 90 arasındakiler gösteriliyor.