Əsər müasir dövrümüzün problemlərindən bəhs edir. Rüşvət almadan, təmiz yaşamağa çalışan bir insanın çətinliklərindən bəhs edir. Əsərin baş qəhrəmanı Kərim Əsgəroğludur. Əsərin baş qəhrəmanı öz tədqiqat işini müdafiə etmək üçün Türkiyəyə gəlir. Lakin əsas məqsədi bu yox, qızına "taxta-tuxta" adlandırdığı cehiz almaqdır. Burada Qarabağ probleminə toxunulur (bir vərəndaş kimi çox sevinirik ki, müasir dövrümüzdə belə problem yoxdur). Müxtəlif problemlərlə qarşılaşan Kərim Əsgəroğlunun xatirələri də əsərin süjetinə daxildir. Əsərin sonunda pulunun az alması səbəbi ilə şəraitsiz bir oteldə, daha doğrusu otel otağında gecələyərkən ürəktutmadından dünyasını dəyişən Kərim Əsgəroğlu bir oxucu kimi məni sarsıtmadı desən yalan olar.