Şirin Portağal Ağacım

José Mauro de Vasconcelos

Comments and Reviews

See All
248 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 11 hours
Kitabı oxumazdan əvvəl hamının bu kitabla duyğulandığına vaqif idim. Bilmirəm onları kitabdakı hansı mövzu təsir edirdi , amma mənə deyəsən , hər cümlə , hər söz , hər xitabı təsir etdi. Zezeyə ailəsi tərəfindən Zezenin yaxşılığı üçün deyil, onun tərbiyəsini daha doğru olması üçün deyil , sırf öz mənfəətləri üçün etdiyi əməllər mənə təsir etdi. Ya
Şirin Portağal Ağacım
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018231.4k okunma
Reklam
248 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
Ah Zeze... "Öldürmək, Bak Consun revolverini götürüb part deyə atəş açmaq deyil. Elə yox. Ürəkdə öldürmək. Sevməyi dayandırırsan və bir gün o insan ölür." Bir çoxunuzun oxuduğu, sevdiyi, dünyaca məşhur, yazarın öz həyatından bir çox şey qatdığı, mənim də illərdir oxumağı planlaşdırdığım və nəhayət oxuduğum böyük qəlbli kiçik uşağın hekayəsi. Zeze bizi zaman-zaman güldürür zaman-zaman təsirləndirir. Bəzən də ürəyinin böyüklüyü ilə heyrətləndirir. Özünün də dediyi kimi: "Sən başa düşməlisən ki, bizim ürəyimiz sevdiyimiz hər şeyi içinə sığdıracaq qədər böyük olmalıdır".
Şirin Portağal Ağacım
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018231.4k okunma
248 syf.
10/10 puan verdi
“Şirin portağal ağacım” romanı isə brazilyalı yazıçı Jose Vaskonselosun avtobioqrafik əsəridir. Onu da qeyd edim ki, yazılanların real həyatdan götürüldüyünü xatırlayanda əsərə qarşı maraq daha da artır. Kitab çox axıcı və şirindir)Xüsusən oxumağa bir şey tapmır və ya mənimkimi son zamanlar əlinizə aldığınız bütün kitabları yarım qoyursunuzsa, bu kitab idealdır. Əsərdə bəyənmədiyimi hissə olmadı. Sadəcə Portuqa haqqında daha çox məlumat olmasını istəyirdim.Portuqanın həyat tərzi, ona aid ayrıca bölmə yazılsın istəyərdim. Düzünü desəm Portuqanı Zezedən daha çox sevdim :DZeze çox həssas, yaşıdlarından düşüncəsi və çoxbilmişliyi ilə olduqca fərqlənir. Mənə görə Zeze və Portuqanı da bir-birinə bağlayan budur. Əsərdə ən sevmədiyim obraz isə Zezenin atası oldu. Əvvəlcə, işsiz olub çox fikir etdiyinə görə ona yazığım gəlirdi, tipik öz uşaqlarını düşünən həyatını onlara həsr edən bir ata obrazı olar deyə düşünsəm də, sonda haqsız yerə əsəbini Zezedən çıxarmağını, onu döyməyini düzgün hesab etmədim. Hamıya tövsiyə edirəm mütləq oxunmalı kitabdır:)
Şirin Portağal Ağacım
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018231.4k okunma
248 syf.
10/10 puan verdi
·
Read in 4 days
Bitdi.. Məni duyğusal baxımdan sarsıdan bir kitab oldu :) Bəzən elə kitablar olurki haqqında çox danışmaq istəməzsən və yaşadığın duyğuların özündə qalmasını istəyərsən. İndi tam olaraq o vəziyyətdəyəm. Kitabı hər kəsə tövsiyə edirəm. İyi okumalar
Şirin Portağal Ağacım
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018231.4k okunma
Reklam
248 syf.
10/10 puan verdi
·
Read in 3 days
Braziliya ədəbiyyatından oxuduğum ikinci kitabdır. Ən çox sevdiyim bu kitab oldu deyə bilərəm. Bəlkə digərini də sevə bilərdim ancaq nəşriyyat evinə görə ola bilər sevməməyim. "Şirin portağal ağacım", Braziliyalı yazıçı Jose Mauro de Vasconcelos'un qələmə aldığı, 12 günə yazdığı kitab duyğusal və təsiredici bir roman. Hətta kitabın
Şirin Portağal Ağacım
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018231.4k okunma
248 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 10 days
Geniş xəyalların uşaqları
Əgər bir zaman maşını icad edilsə idi, çoxlarımız gələcəyə gedərkən, bəziləri uşaqlığına gedərək o gözəl günlərə nəzər salardı. Qışqıra-qışqıra çöldə qaçmalarına, qurulmuş səmimi dostluqlara, gözləri ilə həyata işıq saçan uşaqlara baxardı. Bu istilik bizi də xoşbəxt edərdi. Amma bu hələki mümkün deyil, amma
José Mauro de Vasconcelos
José Mauro de Vasconcelos
"Şirin Portağal Ağacım"
Şirin Portağal Ağacım
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018231.4k okunma
248 syf.
·
Not rated
Oxumağa dəyər bir kitab daha.
Yazar Joze Mauru di Vaskonselos 26 fevral 1920-ci ildə,Rio-de-Janeyronun yaxınlığındakı Banqu kəndində,yerli bir hindi ailəsində anadan olmuşdur.1968-ci ildə yazara dünya şöhrəti gətirən ən məşhur əsərini,"Şirin Portağal Ağacım"romanını yazır. Bu roman"Bir gün əsl ağrını kəşf edən balaca bir uşağın hekayəsidir." Romanımızın qəhramanı olan Zeze 5 yaşlı,dəcəl,ağlına nə cür şeytanlıq gəlirsə ona əməl edən sonrasında isə ailəsi tərəfindən döyülən bir uşaqdır.Amma bütün bu dəcəlliklərinə,yaşına baxmayaraq o qədər böyük ürəyi var ki,adamı heyran edir.Bu yaşda hər şeyi anlayışla qarşılayan bir uşaq.Zeze,bir gün Portuga adlı biri ilə rastlaşır.Rastlantıları hər nə qədər ürək açan olmasa da sonradan bir yerdə keçirdiyi günlər çox gözəl olur.Lakin bir gün Zeze məktəbdə olarkən Portuganın qəza keçirmə xəbərini eşidib məktəbdən qaçır.Elə olanlar da o gündən olur.Ölüm xəbərini eşidəndən sonra Zeze bir də özünə gələ bilmir... Göz yaşları içərisində oxuyub bitirdiyim roman idi.
Şirin Portağal Ağacım
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018231.4k okunma
248 syf.
·
Not rated
·
Read in 6 days
Müəllif Vaskonselosun avtobioqrafik janrda yazdığı bu kitabı gec oxuduğum üçün özümü qınayıram. Bütün çılpaqlığı ilə örnək həyatını, fərqli uşaqlığını qələmə alan müəllifin dostu Portuqa haqqında - "səni qəlbimdə dünyaya gətirərək öldürdüm" deməsi hər şeyə rəğmən düşünməyə vadar edən cümlədir. Əslində 5 yaşı olan və bütün yaşıdlarından seçilən, dəcəlliyi ilə sevilməsə də ağlı ilə diqqət çəkən Zezenin timsalında yüzlərlə belə sevgiyə ehtiyaclı uşaq və böyüklər var. Bu kitabı valideynlər oxumalıdır ona görə ki, övladlarının nə istədiyini anlasın, uşaqlar oxumalıdır ona görə ki, ilk baxışdan öldürəcəm dediyi şəxsləri başqa cür "öldürməyin" yollarını tapsın, eynilə Zeze kimi... (Bu cümləni lüğətimin zəifliyinə bağışlayın.)
Şirin Portağal Ağacım
Şirin Portağal Ağacım
Şirin Portağal Ağacım
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018231.4k okunma
Reklam
248 syf.
10/10 puan verdi
·
Read in 7 days
Şirin Portağal Ağacım
Bu kitab oxumağa dəyər. Son zamanlar oxuduğum ən gözəl kitabdır. Kitabı oxuduqda duyğularımı idarə edə bilmədiyim bir kitab idi. Tək kəlimə ilə mükəmməl kitab deyə bilərəm.
Şirin Portağal Ağacım
Şirin Portağal AğacımJosé Mauro de Vasconcelos · Parlaq İmzalar Nəşriyyatı · 2018231.4k okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.