Səndən Qalan Noyabr

Dilşad Talıbova

Səndən Qalan Noyabr Posts

You can find Səndən Qalan Noyabr books, Səndən Qalan Noyabr quotes and quotes, Səndən Qalan Noyabr authors, Səndən Qalan Noyabr reviews and reviews on 1000Kitap.
Səndən sonra əlimdə bircə səni tanıdığım ay noyabr qalıb…
Yox, məsələ onda deyil, məsələ ondadı ki.., - fikrimi sona çatdıra bilməyib, susdum. Ona peşman olduğumu, ayrılmağımızın nə qədər böyük yanlış olduğunu anlatmaq istəyir, ancaq anlada bilmirdim. Deyə bilmirdim ki, əsl səadətin nə olduğunu yalnız səninlə bildim!.. Deyə bilmirdim ki, düzəldilməsi mümkün olmayan bədbəxtliyi ilk dəfə səni itirdikdən sonra yaşadım! Deyə bilmirdim ki, yoxluğunla həyatımda yer almış böyük boşluq heç dolmadı! Deyə bilmirdim ki, sənli xatirələrdən xilas olmağa çalışsam da, əksinə oldu, xatirələr ən xırda detallarıyla bütünləşərək varlığımda əbədi yuva saldı!
Sayfa 180Kitabı okudu
Bu nə qəddar kəlmə idi - gecikmək! İnsan öz xoşbəxtliyinə gecikə bilərmi?
Sayfa 170Kitabı okudu
Reklam
Əli unutmaq istədiyimi unutdurmaqda əvəzsizdi. Gəlişi ilə yaratdığı ab-havadan az qala doğrudan da Əlinin bağ havasına ehtiyac duyduğunu güman etmək olardı. Onun həvəslə salat doğrayıb üstünə limon sıxmasına, meyvələri səliqə ilə dilimləyib boşqaba yığmasına baxıb, kədər qarışıq təbəssümlə dilləndim: -Əli öz missiyasını yerinə yetirməklə məşğuldur. -O nə missiyadı elə? - Bəxti gətirməyən insanlara yaxşı dost olmaq missiyası. - Yaxşı görək… Yeməyini ye... -Yox, doğru sözümdü, nə vaxt çətinliyə düşsəm yanımdasan, bundan artıq nə olasıdır ki? -Yadında qalsın, əsl dost pis günün dostu deyil, əsl dost sevincini səninlə bölüşəndi.
Sayfa 100Kitabı okudu
Əgər bu dünyada uğrunda qurban veriləcək nəsə varsa, dəqiq bilirəm ki, məhəbbət deyil.
“Kiçik qərarları ağılla, böyük qərarları qəlblə vermək lazımdır.”
Sayfa 81 - Cekson BraunKitabı okudu
Reklam
150 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.