Sənsizlik Sözleri ve Alıntıları

Sənsizlik sözleri ve alıntılarını, Sənsizlik kitap alıntılarını, Sənsizlik en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Sevginin sözlə ifadəsi çox qəlizdir, bəlkə də mümkünsüzdür. Sıradan görünən düşüncə belə insanın bütün hiss üzvlərinə tabe edir. Sevən üçün öz yarının həsrətini çəkməyin acısı da xoş olar. Hətta bu sevgi qarşılıqsız olsa belə."
Xoşbəxt hiss etdiyin nöqtədə bitər bəzən hər şey sənin üçün. Bəlkə də, özünü aldadarsan xoşbəxtsən deyə, bəlkə də, ac olarsan o hissə. Amma bəzən sevgi bəs etməz, xoşbəxt olmağ üçün daha artığı lazımdır. Ağlımla ürəyinin müharibəsində, qarşına çıxan maneələri aşmaqdır bəzən sevgi. Dünyanın içində balaca bir dünya yaratmaq dünyadan böyük. Sevgi bəzən gizlilikdir, bəzən isə saçından dırnağına qədər hiss etməkdir. Sevgi ilahi bir hissdir, məncə, görmədən, toxunmadan, sadəcə hiss edərsən.
Reklam
"Sevginin sözlə ifadəsi çox qəlizdir, bəlkə də mümkünsüzdür. Sıradan görünən düşüncə belə insanın bütün hiss üzvlərinə tabe edir. Sevən üçün öz yarının həsrətini çəkməyin acısı da xoş olar. Hətta bu sevgi qarşılıqsız olsa belə."
"Bəzən insan övladı dualarının gec qəbul olmasından və ya ümumiyyətlə hacətlərinin qəbul olmamağından gileylənir. Hikmət prizmasından baxdıqda görürük ki, əslində bu, dua edənin xeyrinədir. Allah duanın qəbulunu təxirə salmaqla əslində bəndəsinin xeyrini istəyir."
"Bəzi yaralar qabıq bağlasa da, əsla sağalmaz. Bəzi boşluqlar heç vaxt dolmaz."
"Bəzən valideynlər övladlarının xoşbəxtliyi niyyətilə öz istədikləri insanla evləndirirlər. Məxsusən qız uşaqları bu tendensiya ilə üzləşir. Halbuki reallıq onların mütləq əksəriyyətinin heç də xoşbəxt olmadığını göstərir. Bu səbəbdən ailə həyatı məsələsində övladın da düşüncəsi nəzərə alınmalı, məhz bundan sonra digər qərarlar verilməlidir."
Reklam
15 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.