Sokratın Apologiyası

Platon (Eflatun)

Sokratın Apologiyası Quotes

You can find Sokratın Apologiyası quotes, Sokratın Apologiyası book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bir kimsə ölümün nə olduğunu bilmir, onun insan üçün yaxşılıqmı, yamanlıqmı gətirəcəyini də bilən yoxdur, ancaq hamı ondan qorxur, sanki onun insana yamanlıq gətirəcəyini artıq bilirlər. Bilmədiyin nəyisə bildiyini düşünməkdən də böyük qanmazlıq ola bilərmi?
Özlüyündə, mənə elə gəlir ki, tanrılar məni şəhərimizə belə bir iş üçün göndəriblər, mən gərək bütün günü gəzib-dolanam, hara gərəksə, ora qonub sizləri oyadam, dilə tutam, qınayam, sancam.Ola bilər ki, yuxudan diksinib kal duranlar sayağı yarıyuxulu olduğunuzdan, anlamazlıqdan məni vurub öldürə də bilərsiniz, onda sonradan tanrılar sizin gününüzə acıyıb bir başqasını göndərənə kimi bütün qalan ömrünüzü də yuxuda keçirəcəksiniz.
Reklam
İnsanlar arasındakı bu baş verən savaşların, didişmələrin, çəkişmələrin hamısı bədənin, onun acgöz istəklərinin ucbatından olmurmu?
Görünür, ölüm ya yuxugörməsi olmayan yuxudur, ya da ruhun başqa bir dünyaya köçməsidir.Bax indi buradan getməli olduğum an gəlib çatdı, sizlərin yaşamalı, mənim isə ölüb getməli olduğum çağlar başlayır, indi başladığımız bu yolla bizlərdən hansımız yaxşılığa çatmağa doğru gedirik, bunu tanrılardan başqa heç kim bilmir.
Məhkəmə ona ölüm cəzası kəsdikdən sonra Sokratın dedikləri:
Sizlər bir az tablasaydınız, mən elə özüm ölüb gedəcəkdim; mənim yaşıma baxın, onsuz da ölməyimə elə də çox qalmamışdı.
Namuslu adam dövlət işlərində çalışsa, o, çox yaşaya bilməz.
Sayfa 15 - SokratKitabı okudu
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.