Sokratın Apologiyası

Platon (Eflatun)

Sokratın Apologiyası Quotes

You can find Sokratın Apologiyası quotes, Sokratın Apologiyası book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
İttihamları eşitdikdən sonra Sokratın məhkəmədə dedikləri:
Bir gün Herefont Delfə gedib çıxır. O, tanrıdan məndən də artıq müdrik olan birisinin olub-olmadığını soruşur, Pifiya da deyir ki, tanrının dediyinə görə, yer üzündə Sokratdan artıq müdrik olan birisi yoxdur. Mənə qalsa, özümü azacıq da olsa belə, bilikli saymıram; onda tanrı nədən mənim hamıdan artıq bilikli olduğumu deyir? Mən ardıcıllıqla cəmiyyətdə bilikli saydıqları bütün adamların yanına gedib, onların müdrikliyini sınamağa çalışdım. Mənim bu araşdırmalarım bir yandan mənə qarşı çoxlu acıqlı, yanıqlı adam ortaya çıxardı, elə buradan da bu yalanlar törəyib-artmağa başladı, digər tərəfdən də mənə bu bilikli adını yapışdırmağa başladılar, kimlərinsə müdrikliyini danmağımı görənlər onlarda dandığım bilikləri özümün bildiyimi sandılar.
İnsanın qavradıqlarının hamısı ucdantutma, sonacan sağlam düşüncəyə uyğun gələ, güvəncli ola bilməz. Bütün doğrular da okeanın sularıtək dayanmadan qabarma-çəkilməyə uğrayır, bir an da olsa belə, bir yerdə qalıb, dayanıqlı olmur.
Sayfa 154Kitabı okudu
Reklam
Bədənimiz bacardığı qədər könlümüzü elə türlü diləklərlə, istəklərlə, qorxularla, başqa bu cür gərəksiz qara-quralarla bütünlüklə doldurur ki, inanın mənə, onların ucbatından yaranmış bu basabasda nəsə gərəkli bir nəsnəni düşünməyə yer də qalmır!
Sayfa 112Kitabı okudu
Platonun təsvir etdiyi Sokrat təsdiq edir ki,
Özünün heç nə bilmədiyini anlayır; ancaq bununla yanaşı olaraq, o, biliklərin qavranılmaz olduğunu düşünmür.
Sayfa 21 - PlatonKitabı okudu
Doğruçu filosoflar bədənin bütün istəklərindən əl çəkirlər, bərk dayanıb, bu istəklərin onların üstünə ayaq almasına yol vermirlər.
Sayfa 141Kitabı okudu
“iyiyi kötü göstermek’’ gibi beylik sözleri sayıp dökerler; çünkü bir şey bilmedikleri halde biliyor görünmek istediklerinin açığa vurulduğunu söylemeye bir türlü dilleri varmaz.
Reklam
1,000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.