Sokratın Apologiyası

Platon (Eflatun)
Bizim eradan əvvəl 469–399-cu illərdə yaşadığı deyilən Sokrat fəlsəfədə etik-əxlaqi kateqoriyaların sistemli şəkildə araşdırılması ilə ilk dəfə məşğul olmasıyla tanınır. Sokratı fərqləndirən bir cəhət də onun şərlənərək edam olunan və ölümdən qaçmaq imkanından yararlanmayıb, onu “könüllü” qəbul edən ilk filosof olmasıdır. Ən qəribəsi isə Sokratın mühakimə olunub edam edildiyi Afina şəhər dövlətinin o dövrün ən demokratik toplumlarından biri olmasında idi. Sokrat ilahidən gələn bir səsin təhriki ilə hərəkət etdiyini deyir və yorulmadan insanlar arasında düzlük, doğruluq, dürüstlük və biliklərə yiyələnmək istiqamətində təbliğat aparırdı. Onun daha bir qəribəliyi bilik öyrənmək üçün yanına gələn şagirdlərindən pul götürməməsi idi. Sokrat birbaşa polemikaya girib savadsız və ədalətsiz olduqlarını sübut etdiyi siyasi elitanın qəzəbinə tuş gəlmişdi. Uzun illər boyunca bu mürtəce qüvvələrin təqibləri və qarayaxmaları ilə üzləşən Sokrat doğru bildiyi yoldan çəkilməmiş, ölüm qorxusu belə onu tutduğu yoldan döndərə bilməmişdi. Oxuyacağınız bu kitabda Sokratın şagirdi olmuş, antik fəlsəfənin ən görkəmli nümayəndəsi sayılan Platonun Sokratın məhkəməyə çəkilməsi və öldürülməsi ilə bağlı hadisələrdən danışan dörd dialoqu verilmişdir.
Yazar:
Platon (Eflatun)
Platon (Eflatun)
Çevirmen:
Araz Gündüz
Araz Gündüz
Tahmini Okuma Süresi: 5 sa. 40 dk.Sayfa Sayısı: 200Basım Tarihi: 2017İlk Yayın Tarihi: 400Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952363111Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
200 syf.
8/10 puan verdi
·
6 günde okudu
Platon
Məşhur filosof Sokratesin, özünü afinalılar qarşısında təmizə çıxarmaq üçün söylədiyi nitqi, sonradan qələmə alan Platonun dilindən yazılmış bir əsər. Kitab 4 hissədən ; 1. Məhkəmədən öncəki hadisələr 2. 501 hakim və afinalılar qarşısında Sokratesin nitqi 3. Edam hökmündən sonra Sokratesin nitqi 4. Edam günü Sokrates və arxadaşlarının dialoqları Bu əsər haqqında şəxsi görüşüm bundan ibarətdir ki, əsər gənəl olaraq axıcı və oxunaqdır.Xüsusən sokratesin edam öncəsi və sonrası söylədiyi nitqlər kitabın daha maraqlı hissəsi və əsas ideyasıdır. Məhkəmə öncəsi və edam günü baş verən dialoqlar isə deyərdim ki tamamən fəlsəfi mövzuları əhatə edir.Bu dialoqlarda demək olar hər insanın ağlına gəlmiş suallarla yanaşı daha spesifik fəlsəfi düşüncələrədə yer verilir. Ruh,həyat,ölüm,ölümdən sonrası,"tanrı",əxlaqi keyfiyyətlər,düzgünlük,əyrilik,ərdəmlik kimi mövzulara Sokratesin suallarla gətirib çıxardığı sonuçları görəcəksiniz. Sokratesin verdiyi sualları və çıxardığı sonuçları bəyəndiyim yerlər çox idi ancaq bir məsələ də deyəsən afinalılara qatılıram.Hər nə qədər platonun qələmə aldığı nitqlərdə olsa,Sokratesin (bunu bilərək etmədiyi qənaətindəyəm) söz oyunlarını yaxşı bacardığını düşünürəm.Və ən əsası da çoxtanrılığ,tanrıça (tanrılarla insanların sevişməsindən yaranan tanrılardan bir səviyə aşağı) kimi inanclara,uydurma miflərə inandıqları üçün Sokrates'ə rəğbət bəsləyə bilmirəm. #
Sokratın Apologiyası
Sokratın ApologiyasıPlaton (Eflatun) · Qanun Nəşriyyatı · 201753,4bin okunma
Reklam
200 syf.
8/10 puan verdi
·
Beğendi
Sokrat haqqında səhifələrlə söz yazmaq mümküdür.
Ümumi olaraq, Sokratın məhkəmədə özünü müdafiyəsinə həsr olunan bu əsər,onun tələbəsi Platonun (Əflatun) qələmindən,oxuculara çatdırılır. Sokrat zəmanəsinin ən dahi insanlarından biri olmuşdur.Onu tanıyan insanlar onun biliyindən,əxlaqından,dürüstlüyündə bəhs edirlər.Lakin,özü öz haqqında məlumat verərkən "heçnə" bilmədiyini  dilə gətirir. Təssüf ki,belə bir insanı,tanrını tanımamaqla,gənclərə pis örnək olub,doğru yoldan azdırmaqla günahlandırmışlar və məhkəmə qərarı ilə edama məhkum etmişlər. Sokrat haqsızlıqlar qarşısında boyun əyməyən,nə olursa olsun,öz ideallarından dönməyən biri idi.Ona hörmət əlaməti olaraq, edam əvəzinə sevimli şəhərini tərk etməsini istəmişlər.O da,ölümün bundan daha yaxşı olduğunu,gedəcəyin şəhərdə insanları doğru yola gətirməyə davam edəcəyini söyləmişdir. Kitabda,Tanrı,əxlaq,ruh,vicdan,yaxşılıq və pislik haqqında geniş bəhs edilir.
Sokratın Apologiyası
Sokratın ApologiyasıPlaton (Eflatun) · Qanun Nəşriyyatı · 201753,4bin okunma
96 syf.
10/10 puan verdi
Platon tarafından Sokrates'in ölümünden sonra yazıya aktarılan; Sokrates'in tarihi savunması, evrensel ve her daim güncelliğini koruyan bir metin. Hiçbir zaman bitmeyen güç çekişmelerine güzel bir örnek. Sokrates, deneyimleri sonucunda, işlerini en iyi yapan zanaatkârların, sanatçıların ve en bilge görünen insanların bile, kibirlerine yenik düşerek, bilgeliklerini gölgede bıraktıkları sonucuna varır ve gidilmesi gereken tek doğru yolun, gerçek bilgi ve erdem olduğunu işaret eder. Sokrates, yeni yeni tanrılar icat etmekle, var olan tanrılara inanmamakla ve gençleri yozlaştırmakla itham edilir. Oysa onun derdi sadece öğrenmek ve öğretmekti. Ben, ben, ben demekten öteye geçemeyen; egosundan burnunun ucunu göremeyen, iftiralarla kendisine cephe alan, kendisini itibarsızlaştırmaya çalışan ve site halkını galeyana getirenlere inat, bildiğinden saşmaz Sokrates. Herkes kendine yakışanı yapar diyerek devam eder yoluna. Elbette çok düşman kazanır o kadar ki, hakkındaki asılsız ithamlar artarak devam eder. Çünkü "hiçbir başarı cezasız kalmaz." Peki tüm bunlar umrunda mıydı Sokrates'in, elbette değildi; O gerçek bilgeliğin peşindeydi ve bunu öğretmeye devam etti yaşadığı müddetçe. Orada olsaydım Sokrates'e şöyle söylerdim: Savunma yapmana gerek yok Sokrates çünkü seni zaten yargılamadan infaz edecekler, senin hakkındaki asılsız iftiralara sorgulamadan inanan insanlar onlar. O da muhtemelen beni dinlemez savunmasını yapar, bildiklerini öğretmeye devam ederdi. İşte bu yüzden birileri yalnızca birileriyken, o Sokrates! :) Kitap hakkındaki daha detaylı yorumumu dinlemek isterseniz: youtu.be/MgRgm4A4fl4
Sokrates'in Savunması
Sokrates'in SavunmasıPlaton (Eflatun) · Sentez Yayınları · 201653,4bin okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.