Son Mektup

Varis

Son Mektup Posts

You can find Son Mektup books, Son Mektup quotes and quotes, Son Mektup authors, Son Mektup reviews and reviews on 1000Kitap.
İnsan itirə-itirə və tapa-tapa yaşayan bir varlıqdır.Tapdıqları itirdiklərindən çox olanda özünə xoşbəxt adını qoyur.Amma çox vaxt bu, əksinə olur.
İçlərində uşaqlıq təsəvvürümdəki atamı gətirəcək ağ gəminin bənzəri də az olmur.Onları baxışlarımla itirənəcən müşayət edir, neçə gəmini yola salmağımdan bilmərrə xəbər tutmuram.Və ən əsası, indi atamı gözləmirəm.İndi heç kəsi gözləmirəm.Ağ gəmi indi mənə, sadəcə, acı, kədər və qəhərlə dolu keçmiş xatirələri gətirir.
Reklam
Gözüm divar saatının əqrəblərinə dikilir.Əqrəblər hərəkət edir.Asta-asta. Təmkinlə. İllər öncə də bu sürətlə hərəkət edib, illər sonra da beləcə hərəkət edəcək.Nə harasa yubanacaq,gecikəcək, nə də tələsib vaxtından qabaq gedəcək. İşə gələndə saat doqquz idi… Az öncə on iki idi, artıq birə iyirmi dəqiqə qalıb.Birazdan saat altı olacaq, durub evə gedəcəyik… Qəribədir, biz saniyələri heç vaxt ciddiyə almayaraq dəqiqələri, saatları izləyirik.Amma düşünmürük ki, dəqiqə və saat anlayışı əslində,bir formallıqdır.Hətta heç bunlar yoxdur da.Dəqiqə və saat çox və lap çox saniyə deməkdir.
Qış günlərinin alatoranındakı İstanbulda azan səslərinin ağ rəngdə olmasının da fərqinə varmışam.Musiqi ağappaq olur.Şübhə və nigarançılıqlar tünd-boz, qayğı və narahatlıqlar boz, ümid və arzular bozumtul. Qorxular qara olur burada… Ayrılıqlarsa qapqara…
Ürəyin səthi müxtəlif cürdür.Hamar yerləri, yüksəklikləri və çökəklikləri vardır.Sevgi gələndə gəlişindən asılı olmayaraq bu müxtəlifliklərdən birində yerləşir.İş ondadır ki,çökəkliyə və onun dərinliklərinə düşən sevgini sonradan oradan çıxarmaq mümkünsüzlüyə çevrilir.Bax ilk sevgilər əksər hallarda məhz həmin dərinliklərə düşür.
Bugünün acı reallığından qurtulmaq üçün gah baş götürüb keçmişə - xatirələrə gedirsən, gah gələcəyə başqa xəyallara qaçırsan.Bu da bir təsəllidir.Özünü aldatmaq!
Reklam
Sənə kısa bir not
Sən mavi səmalara öz xoşbəxtliyinə qovuşacaqsan…Amma indi uçuşu ləğv edilən təyyarənin pilotu kimiyəm….
431 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.