Tanrı beləydi, bu güllələr kimi. Görmürsən. Amma burdadı, lap yaxında, burnunun ucunda... Və bu güllə kimi hər an məhv eləməyə hazırdı səni. Niyə?.. Bax, bu niyəni başa düşmürdü Rövşən, neçə illərdən bəri...
-Teatrda olmusan?
- Hə... uşaq vaxtı, kukla teatrında.
- Sən orda kuklaları görürdün, amma onları idarə edəndəri görmürdün. Real həyatda da belədi, çox vaxt insanlar kuklaları görür, onları idarə edənləri yox.
Sizdə belə deyirlər də, "həyat yoldaşı". Başa düşürsən, yoldaş. Daha əziz doğma adam yox. Yoldaş. Hansısa yolun əvvəlindən sonuna getmək üçün yol yoldaşı. Yoldaş...
Əgər şahmat taxtasında, topu at vuraraq, bu o demek deyil ki, onu at vurdu. Topu o ata qurban veren var!.. Sonradan o atı vuran vəzir də özbaşına vurmur onu! Həyat belədir...
- Bax, - zabit dedi, - hərəmizin bir ömür payı var. Bax, Nonanın da... Amma bu ömür boyu insanların çoxu, "olarla" "olmazın" arasında çabalaya-çabalaya yaşayır. Əzab çəkə-çəkə... Nəsə eləmək istəyir, amma fikirləşir ki, bu ol maz. Bu yaxşı düşməz... Belə, belə də ömür keçib gedir. Bir gün öləndə də geriyə baxıb görür ki, bu neçə illik əzab didolu həyatda, cəmi bir neçə gün yaşayıb. Yəni, özü üçün yaşamayıb. Öz ürəyi istəyəni etməyib... Onda da heyfsilǝnir. Heyfsilənir ki, gərək ürəyi istəyənləri edəydi. Arzularına çataydı. O vaxt başa düşəndə ki, artıq hər şey bitib, daha o arzulara çatmaq şansı bir də heç vaxt verilmǝyǝcək, o vaxt insan başa düşür, həqiqəti, lap son anda...
- Teatrda olmusan ?
- Hə... uşaq vaxtı, kukla teatrında.
- Sən orda kuklaları görürdün, amma onları idarə edənləri görmürdün. Real həyatda da belədi, çox vaxt insanlar kuklaları görür, onları idarə edənləri yox.